Selfi edərək xərçəng olub-olmadığınızı öyrənin – Yeni proqram

  • 13 May 2019

Chip.az xəbər verir ki, bu xəstəliyin ilk əlaməti dəridə və gözlərdə sarımtıllığın olmasıdır ki, bu da bilirubin piqmentinin toxumalarda yığılmasından yaranır.

Telefonla diaqnoz proqramında foto çəkərkən gözlərə xüsusi işıq düşəcək. Bununla gözlərdə bilirubindən olan sarılığın dərəcəsi müəyyən ediləcək. Sarılıq dərəcəsi normadan artıq olan insan mütləq həkimə getməli olacaq.

Diaqnostik selfi hazırda bu xəstəliyi təyin edən qan analizindən heç də pis nəticə göstərməyib. Bu proqramla yenidoğulmuşlarda fotoşəkillə sarılığın təyin olunması da asan olacaq.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır