HTC-nin üç modelinə Android 9 yenilənməsi tətbiq ediləcək

  • 11 May 2019

Chip.az xəbər verir ki, şirkət mart ayında adı çəkilən cihazlarda aprel ayından iyunun sonuna qədər yenilənmənin həyata keçiriləcəyini açıqlamışdı.

İstifadəçilər “HTC”nin bu prosesi gerçəkləşdirməyi unutduğunu düçündüyü bir vaxtda  şirkətdən yeni açıqlama gəldi. “Twitter”də paylaşılan məlumata görə ”Android Pie” ilk olaraq “U11” telefonuna tətbiq ediləcək. Cihaz bu ayın sonunda yenilənəcək. İyun ayının ortalarında “U12 +” və sonunda isə “U11 +” bu siyahıya qoşulacaq.

"HTC" başqa smartfon istehsalçıları ilə müqayisədə yenilikləri tətbiq etmək baxımından bir qədər ləng işləyir. Buna baxmayaraq istifadəçilər bu üç cihaza gələcək yenilənməni maraqla gözləyir.  Digər "HTC" cihazları üçün “Android 9 Pie” yenilənməsinin tətbiq olunması isə hələki gözlənilmir.

Aida İSAQ

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır