Honor 20-nin yeni reklam videosu yayımlandı

  • 10 May 2019

Chip.az xəbər verir ki, smartfon həvəskarlarının diqqətini üzərindən ayırmaq istəməyən Çin şirkəti cihazın bəzi xüsusiyyətlərinin yer aldığı reklam videosunu yayımlayıb. Belə ki, cihazda 48MP əsas, 16MP geniş bucaqlı, 8MP telefoto və 2MP makro çəkiliş gücünə malik olacaq dörd kameranın quraşdırılacağı məlum olub.

Bundan başqa  sözü gedən modelin dizayn edilməsində dinamik holoqrafik şüşə örtüyündən istifadə olunacaq. Son iki ildə istifadəçilərin böyük maraq göstərdiyi bu marka yeni modeli ilə yenidən telefon bazarında mövqeyini qoruyub saxlayacaq.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır