Amazon Aya yeni vasitə göndərəcək

  • 10 May 2019
  • 58

Chip.az xəbər verir ki, "Amazon"un yaradıcısı və dünyadakı ən zəngin adamı Jeff Bezos tərəfindən qurulan “Blue Origin” şirkəti həyata keçirdiyi layihələri və sərmayələri ilə “SpaceX”in rəqibinə çevrildi.

Blue Origin ötən axşam çox əhəmiyyətli açıqlama verib. Belə ki, şirkət ilk dəfə olaraq ayın səthinə göndərmək istədiyi yeni kosmik “Blue Moon” modelinin real ölçülü modelini nümayiş etdirib. “Blue Origin”in məqsədi 2024-cü ilə qədər ayın səthinə enmək və orada daimi qalmaqdır.

Şirkətin təsisçisi Jeff Bezosun sözlərinə görə, “Blue Origin"nin daha böyük versiyalarından astronomları aya çatdırmaq, yük daşınması və ayın səthini araşdırmaq məqsədi ilə dörd kəşfiyyat vasitəsini gətirmək üçün istifadə olunması nəzərdə tutulub. Bir sözlə sözü gedən vasitənin əhəmiyyəti olduqca böyük olacaq.

Bundan başqa təqdimetmə mərasimində Ay kəşflərində istifadə olunacaq kəşfiyyat vasitələri üçün  konsept modelini və nəqliyyat vasitələrində yerləşdiriləcək BE-7 mühərriki nümayiş olunub.

“CNN International”un məlumatına görə şirkət son üç ildə bu layihənin üzərində işləyirdi.

Hazırda “Blue Moon” layihəsi ilə bağlı vacib nüanslardan biri bu texnologiyaların vaxtında təslim edilməsidir.  “Biz aya geri dönməli və orada qalmalıyıq”-deyə bildirən Bezos ilk olaraq keyfiyyətli raketə, ərazi vasitəsinə və digər lazımi resurslara ehtiyac olduğunu  vurğulayıb.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Programlar

İnstagram, influecer-lər üçün yeni imkanlar üzərində işlər görür

Bu səbəbdən bir çox sosial media platformaları diqqətlərini həmin fonemen kütləsi çoxluq təşkil edən istifadəçilərin üzərində cəmləyir. Bu platformalardan biri də

Spotify-ə xəbər listi əlavə olunacaq

Sosial medianın həyatımızın bir hissəsinə çevrildiyi bir zamanda xüsusilə sürücülər bir tərəfdən musiqi dinləmək eyni zamanda xəbərlərdən geri qalmamaq üçün avtomo

Facebook 300 milyon dollarlıq büdcə ayırdı: Stop fake news!

Chip.az bildirir ki, Facebook xəbər tərəfdaşlığı proqramı üçün önümüzdəki 3 il ərzində 300 milyon dollarlıq investisiya qoyma

Messenger və sosial şəbəkələrə fişinq hücumları artıb