Ürək ritmlərini ölçən ağıllı üzük hazırlanıb

  • 10 May 2019

Chip.az xəbər verir ki, tədqiqatçılar üzüklərin yaxın vaxtlarda ürək döyüntülərinin normal olub-olmadığını təyin etmək üçün istifadə edilə biləcəyinə ümid edirlər.

Bu həftə keçirilən  “Heart Rhythm” dərnəyinin elmi sessiyalarında təqdim edilən araşdırmada ürək ritmləri pozulan 119 xəstədə  eyni zamanda EKQ-lər və optik sensor əsaslı fotopletismografiler qarşılaşdırılıb. Tədqiqatçılar faktiki təsnifat üçün ortalama təhlükəsizlik səviyyəsinin 98,6% olduğunu qeyd ediblər.

Seul Milli Universitet Xəstəxanasının kardioloji professoru Eue-Keun Choi dəqiqliklə öyrənmə alqoritminin yeni hazırlanan “ağıllı” üzük vasitəsi ilə günlük aktivlik dərəcəsinin təyin etmək istədiklərini, tibbi cəhətdən isə üzüyün ürək ritmlərini qeyd etməsi üçün də istifadə olunmasına ümid etdiklərini vurğulayıb.

Ağıllı saatların gündəlik və ya həftəlik  batereya ilə təmin edilməsi probleminin mövcudluğu baxımdan sözü gedən üzüklərin ürək ritmlərini daimi qeyd etməsinin mümkün olmayacağı düşünülür. Ancaq ağıllı saatların ekran, qabaqcıl prosessor və bildirişlər kimi funksiyalarının üzükdə istifadə olunmamamsı bu problemi aradan qaldıracaq. Üzüklərin ürək ritmlərini qeydə alan böyük və çox bahalı cihazlara rəqib olacağı gözlənilir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır