Google məlumatları avtomatik silən funksiya tətbiq edib

  • 09 May 2019
  • 58

Chip.az xəbər verir ki, bütün şirkətlərdə olduğu kimi “Google” də istifadəçi məlumatlarını toplayır. Buna səbəb olaraq istifadəçilərə daha yaxşı xidmət göstərilməsini göstərir. Şəxsi məlumatlara daha çox nəzarət etmək istəyənlər üçün “Google” yeni bir xüsusiyyət təqdim edib. Bu metodla bütün istifadəçi məlumatlarınızı “Google”dən avtomatik olaraq silə bilərsiniz.

Sözü gedən prosesi gerçəkləşdirmək üçün bir neçə mərhələdən kecmək lazımdır. İlk olaraq “Google”hesabınıza daxil olmalısınız. Daha sonra idarəetmə panelindəki menyudan “Məlumat və Fərdiləşdirmə” bölməsini seçin. Bu zaman siz ekranda aktivlik nəzarətini görəcəksiniz. Bu bölmənin ən aşağısında yerləşən “Fəaliyyəti idarəetmə” funksiyasına daxil olun.

Burada “Web” və “Tətbiq Fəaliyyəti” başlığını və yan tərəfdə bu fəaliyyəti açıq saxlaya biləcək simvolun olduğunu görəcəksiniz. Eyni zamanda aşağıya baxarkən “Google”un istifadəçi məlumatları haqqında qısa bir məzmununu görə bilərsiniz. “Tarixləri idarə et” bölməsinə daxil olduqda yeni bir nəzarət paneli açılacaq. Bu paneldə görəcəyiniz iş isə nəyi silmək istədiyinizi düşünmək olacaq. Ayrılan kateqoriyalar üzrə  seçim etməklə bərabər  bütün məlumatları da silə bilərsiniz.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Programlar

Siri ilə internetsiz belə əlqə saxlamaq mümkün olacaq

Chip.az bildirir ki, tezliklə Siri-dən internetsiz  istifadə etmək mümkün olacaq.

Hələ hazırlıq mərhələsində olan yeni funksiya  Siri-yə

Azərbaycanın dövlət rəmzləri ilə bağlı mobil tətbiqetmə yaradılıb

“Praksis” Sosial İnkişafa Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərb

Google Chrome yenilikləri!

Google Chrome 10-uncu ilini qeyd edir. 10uncu yaşının şərəfinə istifadəçilərin qarşısına yeni dizaynı və xüsusiyyətləri ilə çıxan Google Chrome 69 təzələməsini dərc etdi.

Smartfonlarda olan lazımsız funksiyaları siyahısını tərtib edildi!

  Mütəxəssislər smartfonlarda olan lazımsız funksiyaların reytinqini tərtib ediblər. Bununla belə istifadəçilər həmin funksiyalara görə əlav

Instagramda Sirli Hərc Silsiləsi

Instagramda son günlərdə baş verən hərc hadisələrinin maraqlı bir ortaq nöqtəsi var!

Bu ay Instagram hesabının hacklendiğini deyənlərin şikayətləri, maraqlı şəkildə e