Game of Thrones serialında yol verilən reklam səhvi

  • 09 May 2019
  • 46

Chip.az xəbər verir ki, hadisələrin xəyalı bir dünyada baş verdiyi «Game of Thrones»in 8-ci sezon 4-cü bölümündə bir səhnədə yer alan Starbucks fincanı diqqətli izləyicilərin gözündən yayınmayıb. Həmin səhnədə, serialın əsas qəhrəmanlarının dialoqunda masanın üstündə Starbucks fincanı görünür. 

Məşhur qəhvə şirkətinin stəkanının ekrana necə yol tapdığı bilinmir və serial istehsalçıları internetdə olan bölümdən fincanı rəqəmsal olaraq götürüblər.

Amma Starbucks qəhvəsinin göründüyü versiya milyonlarla izləyici tərəfindən izlənilib. Təbii ki, belə bir iddialı seriyalda edilən bəsit bir səhvin nəticəsində, şaiələr də başlayıb. Sosial mediyada bir çox istifadəçi seriyalı yayımlayan HBO-nu gizli reklam etməklə ittiham edib.

Yeri gəlmişkən, serialın qəhrəmanlarının bundan əvvəl də çəkiliş meydançasında əllərində Starbucks fincanları ilə şəkilləri yayılmışdı. Bu faktın özü də tənqidləri daha da artırıb.

«HBO» isə belə bir gizli reklam anlaşmasının olmadığını bildirib və elan edib ki, baş verən hadisə aktyorlar üçün gətirilən qəhvədən biri sadəcə gözdən qaçıb.

Hollivud filmləri ilə reklam müqavilələri bağlayan marketinq firması «Hollivud Branded»in CEO-su Stacy Jones mövzuyla bağlı verdiyi açıqlamada bildirib: «Əgər bir gün belə bir reklam anlaşması olsaydı «Starbucks» şirkəti HBO-ya 250 min ilə 1 milyon dollar arasında bir məbləğ ödəməli olacaqdı».

O həmçinin bildirib ki, HBO məhsul yerləşdirmə müqavilələri bağlamır. Təbii ki, bir reklam müqaviləsinin bağlanmaması o demək deyil ki reklam edilməyib. Stacy Jonsun «Critical Mention»dan əldə etdiyi məlumatlara görə məlum səhvin «Starbucks» üçün ümumilikdə reklam dəyəri 2,3 milyard dollara çatıb - bu reklam tarixinin ən böyük məbləğlərindən biridir.

Mütəxəssislər bildirir ki, «Starbucks» fincanı səbəbindən normalda serialı izləməyən insanların da «Game of Thrones»ə diqqəti yaranıb.

Belələri serialla bağlı «Twitter»də çoxsaylı tvitlər atıblar.

Yəni bu səhv «reklamın yaxşısı pisi olmaz» ifadəsini doğruldaraq hər iki tərəfə müsbət təsir göstərib. Serialın istehsalçısı Bernie Caulfield səhv üçün üzr istəyərək zarafatyana bildirib: «Əslində Westeros ilk Starbucksın açıldığı yerdir».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Beynəlxalq Kosmik Stansiyada əczaçılıq tədqiqatları üçün çətənə yetişdiriləcək

Beynəlxalq Kosmik Stansiyada yerin məhdud olması ilə əlaqədar olaraq şirkət eksperimentlərin aparılması üçün bitkiləri mikrodalğalı soba ölçüsündə mikrolaboratoriyala

iPhone XS və XS Max parçalara ayrıldı!

Bu dəfə ən böyük ekrana və qiymətə malik olan iphone XS Maks hissələrinə bölündü.

Cihazları hissələrinə ayıraraq təmir edilə bilmə xalı müəyyən edən iFixit k

Saxta hesablar yaradanlarla bağlı ciddi tədbirlər görüləcək

Chip.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. 

Bildirilib ki, aparılan araşdırmalar zamanı bu hesablarda tələbə qəbulu k

Cənubi Koreya, bu gün 5G xidmətini istifadəyə verərək adını tarixə yazdırır

Beləki, Cənubi Koreya mobil xidmət provayderlərinin, bu gün, yəni  dekabr ayının1-də, ilkin proqramdan dörd ay əvvəl  5G xidmətl

Jason Williams: Lamborghini satıb bitcoin alacam

Chip.az xəbər verir ki, Jason Williams: “Mən Lomborgini avtomobilimi satıb bitcoin almaq istəyirəm. BTC ilə təkliflər qəbul edilir.” Bundan sonra ona bir çox təkl