Samsung yeni kamera sensorunu təqdim edib

  • 09 May 2019
  • 60

Chip.az xəbər verir ki, “Samsung” şirkəti iki yeni kamera sensorunu - 48 meqapiksellik “ISOCELL Bright GM2” və 64 meqapiksellik “ISOCELL Bright GW1”i rəsmi olaraq təqdim edib. Bu iki sensordan “mövcud sənayenin ən yaxşısı” şüarı ilə tanıdılan 64 meqapikselli “ISOCELL Bright GW1”modeli daha çox diqqət çəkib.

“ISOCELL Bright GW1” seriyalı məhsulun istehsalına bu ilin ikinci yarısından etibarən başlayacaq. Yeni kamera sensorunun ilk olaraq “Galaxy Note10”a tətbiq olunacağı nəzərdə tutulub. Bəs bu yenilik “Galaxy Note10” istifadəçilərinə tam olaraq hansı çəkiliş performansını vəd edir?

“ISOCELL Bright GW1” Tetracell texnologiyası sayəsində zəif işıqlı şəraitdə dörd pikseli bir piksel kimi qeyd edərək  16 meqapiksel ilə yüksək keyfiyyətə, parlaq rənglərə sahib şəkillər çəkə biləcək. İşıq yaxşı olduğu təqdirdə çəkiliş yenidən  64 meqapikselə yüksəlir.

Bundan başqa şirkətin açıqlamalarına görə “ISOCELL Bright GW1” zəngin rəng tonları təklif edən 100dB yüksək dinamik intervalına (HDR) malikdir. Standart digital sensorda bu diapazonun 60dB olduğunu nəzərə alsaq “Samsung Galaxy Note10”a bu yeniliyin tətbiqi mobil fotoqrafiya sənayesində sözü gedən modelin birinciliyi qoruyub saxlayacağını deyə bilərik.

Aida İSA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Huawei problemində Azərbaycan üçün təhlükə varmı?

Bir neçə gündür ki, Huawei şirkəti ABŞ sanksiyaları ilə üzləşib. ABŞ onu telefonlardakı proqram təminatlatında yerləşdirdiyi xüsusi kodlar vasitəsilə məlumatları o

PlayStation 5 AMD tərəfindən istehsal ediləcək çiplərə malik olacaq

Chip.az xəbər verir ki, “Sony” “PlayStation 5”i rəsmi olaraq təqdim etməsə də, sistemin rəhbər şəxslərindən olan Mark Cerny artıq Yaponiyanın texnologiya n

Bakıda TechFest keçiriləcək

Chip.az xəbər verir ki, “TechFest”in məqsədi “özün düzəlt” (“birlikdə düzəlt”) ruhunda olan və öz nailiyyətlərini Azərbaycan xalqı ilə bölüşmək

Line proqramına yeni xüsusiyyət əlavə olundu

Chip.az xəbər verir ki, yaxın günlərdə istifadəçilər sözü gedən yeniləmə ilə öz hekayələrini mövcud proqramda paylaşa biləcəklər. Yaponiyada

Sudakı bakteriyaları məhv edəcək yeni üsul tapıldı

İçməli suyun istehsalı çox mürəkkəb bir prosesdir. Su qaynağında bakteriyaları məhv etmək heç də asan deyil. Suyu təmizləmək üçün istifadə olunan üsullar bahalı və ətraf