Epson yeni ağıllı eynək modelini təqdim etdi

  • 09 May 2019
  • 31

Chip.az xəbər verir ki, 2013-cü ildə “Google Glass” gələcək illərdə görə biləcəyimiz və həyatımızı daha da asanlaşdıracaq smart gözlüklər təqdim etmişdi. Lakin qiymətin yüksək olması səbəbindən bir o qədər də müştəri tapa bilmədi. Buna baxmayaraq “Epson” şirkəti öz ağıllı eynəklərini təqdim edərək mövcud sektorda şansını sınamaq qərarına gəldi.

“Moverio BT-30C” adlanan ağıllı gözlük sahib olduğu incə çərçivəsiylə ilk baxışdan fərqli bir məhsul olduğunu sübut etdi. Belə ki, digər ağıllı eynəklərdən fərqli olaraq Android cihazlarda və ya Windows əməliyyat sisteminə malik bir kompüterlərdə USB-C vasitəsi ilə əlaqə yaradıla bilən və məlumatların axınını həyata keçirəcək “Moverio BT-30C  “ tax və çalıştır”( Naqil taxıldığı andan gözlük istifadəyə hazır olur) əmri ilə istifadə edilir.

Bundan başqa “Epson” ağıllı gözlüyünün ekran və şüşələri daha kəskin və parlaq bir görünüş təmin edəcək OLED texnologiyası ilə hazırlanır.  “Moverio BT-30C”nun 499 dollara satılacağı bildirilir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Azərbaycanda ilk dəfə olaraq dron vasitəsi ilə kimyəvi mübarizə aparılıb

Ucar rayonunda Çin texnologiyası ilə əkilmiş pambıq sahəsində dron vasitəsilə qırmızı tor gənəsinə qarşı yeni innovativ kimyəvi mübarizə aparılıb.

Geyinilə bilən sağlıq monitoru hazırlanıb

Elm insanları geyinilən texnologiyadan istifadə edərək  sağlamlıq monitoru istehsal ediblər.
Monitoru bədəninizə yapışdıraraq  ürək döyüntünüzün sürətinizə, t

1-2 gün evdə olmayacaqsınızsa, soyuducuya qəpik pul qoyun - SƏBƏB İLGİNC

Soyuducuya xırda pul qoymağın faydası:

İstər-istəməz siz evdə olmadığınız müddətdə elektriklərin kəsildiyini, ət məhsulların buzunu əridiyini və

Ən bahalı haker xidməti hansıdır?

Bankomatlar üçün zərərli proqram təminatının yaradılması “gizli” internetdə ən bahalı haker xidmətidir.

Chip.az xəbər

1 dollarlıq süni intellekt prosessoru təqdim edilib

Tayvan tədqiqatçılar qrupu mikrosxemlər hazırlayan şirkətin mütəxəssisləri ilə əməkdaşlıq çərçivəsində dərin təlim texnologiyasından istifadə sayəsində təsvirləri