Huawei ilk tam ekranlı telefon modelini təqdim etdi

  • 09 May 2019

Chip.az xəbər verir ki, tamamilə çərçivəsiz və ekranda yer alan dəliklər olmayan telefonlar nəhayət böyük smartfon istehsalçıları ilə eyni mövqeyə gəlib çata bildi. Bu istiqamətdə “Huawei” şirkəti rəsmi olaraq ilk tamamilə çərçivəsiz “Huawei P Smart Z” smartfonunu təqdim etdi. Ön kameranın açılıb-bağlanması mexanizmi ilə hazırlanan “Huawei P Smart Z” şirkətin ekranda dəlik olmayan ilk modelidir.

Cihazın ön hissəsi ilə bərabər arxa tərəfi də fərqli dizaynda hazırlanıb. Belə ki, cihazın arxa hissəsi “Google Pixel”  telefonundakı kimi  mat və parlaq olmaqla iki fərqli üslubda hazırlanıb.

Huawei P Smart Z Xüsusiyyətləri

Kirin 710F prosessor

4 GB RAM, 64 GB yaddaş

6.59 düymlük Tam HD + LCD ekran

16 MP + 2MP ikili arxa kamera

16 MP ön kamera

Android 9.0 Pie əməliyyat sistemi

4,000mAh batareya

“Huawei” sözü gedən modeli rəsmi olaraq  1-2 aya satışa təqdim etməsi gözlənilir. Məlumatlara görə “Huawei P Smart Z”nin qiymətinin 280 Avro civarında olması nəzərdə tutulub.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır