Evlilik üzüklərinin neytron toqquşması ilə bağlılığı

  • 08 May 2019
  • 59

Zövqə görə müxtəlif qiymətli metallardan hazırlanan üzüklərdən istifadə olunur. Bu üzüklərin hazırlanmasında istifadə edilən qiymətli metallar yer altından çıxarılsa da, onların mənşəyi kosmosa gedib çıxır.

Chip.az xəbər verir ki, tədqiqatçılar keçmişdə mövcud olan qiymətli metallar haqqında araşdırma aparıblar. Beləliklə bu metalların əksəriyyətinin 4,6 milyard il əvvəl, (Yerin yaranmasından 100 milyon il əvvəl) iki neytron ulduzun toqquşması nəticəsində yarandığı məlum olub. Toqquşma nöqtəsi isə Günəş Sistemini meydana gətirən qaz buludlarından təxminən 1000 işıq ili uzaqlıqda yerləşən bir yer göstərilir.

Tədqiqatçıların fikrincə toqquşma indiki zamanda baş versəydi ortaya çıxacaq radiasiya bütün gecəni işıqlandırmış olacaqdı. Kolumbiya Universitetinin astrofiziki Szabolcs Brand və Florida Universitetindən İmre Batros meteor izotoplarını araşdıraraq məlumatları Samanyolu simülasyonları ilə müqayisə etdi. Onların nəzəriyyələrinə görə neytron ulduzunun toqquşması dünyanın ən ağır elementlərinin 0.3% -ninin məsələn, qızıl, platin və uran kimi qiymətli metalların mənbəyidir. Bu da hər birimizin vücudunda həmin toqquşmadan yaranan elementlərin olduğunu göstərir. Bu elementlər insan orqanizmində həyat üçün ən vacib maddə olan yod şəklində cəmləşir.

Imre Bartos :

“İnsanlar arasında dərin bağları ifadə edən nikah üzükləri eyni zamanda insan və dünyanın meydana gəlməsindən əvvəl mövcud olan kosmik fəza ilə də əlaqəlidir. Təxminən 10 miligramlıq hissə bğyük ehtimalla 4,6 milyard il əvvəl meydana gəlib”

İlgili resim

Digər tədqiqatçı Marka üzərində çalışdıqları araşdırmanın hardan gəlib hara gedəcəyimizle bağlı sualları cavablandırır. Onun sözlərinə görə, bütün bu proseslər kainatdakı yerimizi anlamağa eyni zamanda gələcək tədqiqatların gedişatı üçün vacibdir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oyun və film

Transformers-in yeni bölümü Netflix-də yayımlanacaq

Məlum olduğu kimi, Transformers ilk yayımlandığı ildən ən çox izlənilənlər sırasında birinci yerdə idi. Həmçinin, keçən il Transformers seriyasının altıncı b

Football Manager 2019 Mobile gəlir!

Bu texnologiyaların başında, son dövrün ən çox danışılan yeniliklərindən biri olan VAR yer alır. FM 2019 və FM 2019 Mobilya variantlarında video dəstəkli hakim tətbiqi olacaq.

Game of Thrones-un yeni fraqmenti yayımlandı: tarix bəlli oldu

Chip.az bildirir ki, böyük izləyici kütləsinə sahib olan serialın buraxılma tarixi yeni fraqmentlə bəlli oldu.

Belə ki, aprel ayının 14-dən etibarən sonunc

Super Mario Bros oyunu 100.150 dollara satıldı

Kolleksiya təşkil edən məhsulların ən vacib özəlliyi məhsulun ilk gündəki kimi, yəni olduğu kimi qalmasıdır. Super Mario Bros kimi bir NES əfsanəsinə sahibsiniz

Uyğun qiymətli oyunçu telefonu Honor Play!

Bu dəfə əlimizdə ötən dövrdə tanıdılan Honor Play var. GPU Turbo adının verildiyi bu texnologiya sayəsində, ağıllı telefonlarda yüksək keyfiyyətdə qrafiklər və çox daha ç