Üstü açıq avtomobillərdə yağışdan qorunmağın üsulları

  • 08 May 2019
  • 67

Chip.az xəbər verir ki, əgər avtomobilin aerodinamik xüsusiyyətlərindən məlumatlı olsanız yağış zamanı islanmayacaqsınız. Yaz günlərində üstü açıq avtomobillərin ətrafımızda çoxaldığını müşahidə edirik. Bəs yaz yağışı yağdıqda bu maşınlardan istifadəyə yararlı ola bilirmi? Yaxud yağışdan qorunmağın bir yolu varmı? Avtomobilin aerodinamik sistemini düzgün istifadə etsəniz bu sualları müsbət cavablandırmaq  mümkündür.

Bu tip avtomobillərdə ön şüşənin bitdiyi bölgəyə ayrılma zonası deyilir. Hava hərəkəti bu hissədən sonra sərnişinlərin olduğu yerin yuxarısında burulğanlı havanın yaranmasına səbəb olur. Bu burulğandan düzgün istifadə etsəniz yağışda islanmayacaqsınız. Burada ən önəmlisi avtomobilin ön şüşə bucağıdır.

“Mazda”nın “Miata” modelini götürək.

Bu avtomobilin ön şüşəsinin yerləşmə bucağı təxminən 72 km sürətlə getdiyiniz zaman sizi yağışdan qoruya bilir. Belə ki, ön şüşənin yaratdığı hava burulğanı yağışın qarşını alır.

Digər modelə nəzər yetirək : Ferrari Portofino

Bu modelin şüşələrinə diqqət yetirsəniz, “Mazda” ilə müqayisədə olduqca həssas olduğunu müəyyən etmək olar. Bu zaman bir qədər sürətli hərəkət edərək düzgün sürəti aşkarlamaq lazımdır. Avtomobili bu şəkildə istifadə etdiyiniz halda yağışdan rahatlıqla qoruna bilərsiniz.

Bundan başqa islanmamaq üçün avtomobili yüksək sürətdə istifadə etməkdən maksimum dərəcədə uzaq qalmağa çalışın. Həyatınızın (və başqalarının həyatının) hər şeydən daha vacib olduğunu unutmayın.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oyun və film

Əfsanəvi filmlərin kamera arxası görüntüləri

İnkişaf etmiş texnologiyalar sayəsində film sənətkarları filmlərə qeyri-adi vizual effektlər əlavə edə bilərlər.

Chip.az xəbər verir ki

Venom 2: filmin ekranlaşdırılacağı öz təsdiqini tapdı

Chip.az bildirir ki, Venom filminin müəllifi Cef Pinkner, davam filmiylə bağlı sər verib sirr verməsə də Venom 2-nin

Sarı transformer geri qayıdır: Bumblebee filminin ilk traileri!

1987-ci il. Təqiblərdən gizlənən Bumblebee Kaliforniya şatının hansısa şəhərinin avtomobil zibilliyində özünə sığınacaq tapır. <

Hello Kitty obrazını baş rolda yer aldığı film ekranlaşdırılacaq

Yaponiyadan dünyaya yayılmış bir çox marka var. Hello Kitty bu markalar arasında xüsusi yer tutur. Marketinq strategiyalarından bazarın tutulduğu yerə qədər xüsusi obraz olan Hello

Joker filminin 18+ olacağı təsdiqləndi

Warner Bros DC kainatını kinoda da canlandırmaq üçün çalışmalarını davam etdirir.

Chip.az xəbər verir ki, şirkət Jarde Letonun ümumiyyə