Dünyada ən çox izlənilən 10 YouTube kanal

  • 07 May 2019

Chip.az xəbər verir ki, sosial media statistikalarını və təhlilini aparan xüsusilə də “YouTube”u izləyən “Social Blade” şəbəkəsi “YouTube” kanallarının abunəçi,video sayını və ümumi baxış səviyyəsi haqqında məlumatları müntəzəm olaraq yeniləyir. Bəs hansı “YouTube” kanalı ən çox baxış və abunəçi sayına malikdir?

Qısa müddətdə “PewDiePie”ni geridə qoyan Hindistanın “T-Series”  “YouTube” kanalı 69 milyard 662 milyon 281 min 700 baxış  sayı ilə dünyanın ən çox izlənilən kanalına çevrilib. “T-Series” ilə mübarizə aparan “PewDiePie” 21 milyard 372 milyon 203 min 641 iLəmə ilə 11-ci sırada yer alır.

 

Hindistanın digər “YouTube” kanalı SET India (Sony Entertainment Television India) 32 milyard 893 milyon 817 min 548 baxış sayı ilə ikinci ən çox izlənilən kanaldır. “WWE” “YouTube” kanalı 31 milyard 949 milyon 543 min 663 izləmə ilə üçüncü yerə sahiblənib.

Türkiyənin ən böyük “YouTube” kanalı olan “Netd Muzik” bu ana qədər əldə etdiyi ümumi 28 milyard 939 milyon 212 min 803 baxış sayı ilə dünyanın ən çox izlənilən 5 “YouTube” kanalı siyahısında yer alıb. Toplam 13.718.055 abunəçisi olan “Netd Müzik” kanalına 9000-dən çox video əlavə olunub.

“Netd Muzik ile ilgili görsel sonucu

 

Aida İSAQ

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır