Maddəni buxara çevirəcək lazer təqdim olunub

  • 07 May 2019
  • 62

Chip.az xəbər verir ki, mart ayında günəş enerjisinin onda biri qədər gücə malik  lazer təqdim olunduğu vaxt Ruminiyalı tədqiqatçılar 10 petawatts (PW) ilə təcrübə aparırdılar. Bu lazer Avropada “Extreme Light Infrastructure” (ELI) adıyla təqdim olunan üç güclü beynəlxalq layihədən biridir.

10 PW-nin həcmini aşağı salmaq bir az çətindir. Çünki bu 10,000,000,000,000,000 W-ə bərabərdir. Əgər müqayisə etsək ABŞ-da satılan lazer göstəricilərinin gücü 0.005 W. ilə məhdudlaşır.

10 PW Laserin mənşəyi

Lazer 2000-ci illərin ortalarında Avropa alimləri tərəfindən başlayan və Nobel mükafatı laureatı Gerard Mourouun rəhbərlik etdiyi “Extreme Light Infrastructure” layihəsinin bir hissəsidir. Layihənin məqsədi yalnız tədqiqat infrastrukturundan ibarət deyildi. Eynizamanda tətbiq olunması üçün də işlər aparılırdı.

Layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilərək bir neçə il ərzində üç yeni lazer mərkəzinə ev sahibliyi edəcək üç ölkə seçilir: Ruminiya, Macarıstan və Çexiya. Hazırda layihə Avropa Regional İnkişaf Fondu tərəfindən 850 milyon avro gəlir əldə edə bilib. 10 PW Laser paytaxt Bükreşin yaxınlığında Mugurele bölgəsindəki ELI zavodunda yerləşir.

10 PW Laser ilə nələr edə bilərsiniz?

Alimlərin sözlərinə görə 10 PW güc vasitəsi ilə sözün əsl mənasında maddəni buxarlandırmaq mümkündür. Bu maraqlı olsa da, sadəcə bir nümunədir. Bir lazerin belə bir gücə malik olması ağır metalların necə formalaşdığını anlamağa imkan verir.

Bundan başqa daha praktik araşdırma baxımından ELI zavodu proton xərçəngi müalicəsi üzrə tibbi araşdırma və hətta radioaktiv tullantılardan xilas olmaq yollarını araşdırmağa davam edəcək. 10 PW gücü eyni zamanda nəqliyyat vasitələrinin təhlükəsizliyinə kənardan nəzarət etmək üçün də istifadə edilə bilər.

Beləliklə 10 PW gücündən tibbi, təhlükəsizlik və ya elmi məqsədlər üçün istifadə edilə bilər. Əlbəttə ki, yanlış əllərə düşməzsə.

Aida İSAQ

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

İT-nəhəngləri 17 ölkə ilə internetdə terror təbliğatı ilə mübarizə aparacaqlar

Chip.az xəbər verir ki, görüş mayın 15-i Parisdə baş tutub. Görüşdə Yeni Zelandiyanın baş naziri Casinda Ardern, onu britaniyalı həmkarı Tereza Mey, Fransa prez

Huawei: İki fərqli 7 nm prosessora sahib ilk şirkət olacağıq

Huawei smartfon modelləriylə bərabər  HiSilicone ardıcıl çipləri ilə özünü təsdiq edən nəhəng şirkətdir.

Chip.az xəbər verir ki, d

LG şirkəti qatlana bilən telefon istehsal etməyəcək

Samsung, Huawei, Xiaomi və digər şirkətlərin yaxın vaxtlarda onların qatlama cihazlarını işə salması gözlənilərkən, LG belə düşünmür.

Chip.az bildiri

ABŞ-ın daxili reyslərində sifətin tanınması sistemi tətbiq ediləcək

Chip.az “Hightech” resursuna istinadən yazır ki, hazırda ölkənin şəhər