Telefonlara gələn reklamların gizli səbəbi

  • 07 May 2019
  • 49

Dostlar, ailə üzvləri və ya tanıdığınız digər insanlarla bərabər ünsiyyətdə olarkən müxtəlif planlar hazırlamağa çalışırsınız.

Bu planın nə olduğu vacib deyil. Bəzən bir bayram, əyləncəli gəzinti və ya səyahət. Söhbətdən sonra telefonu əlinizə alanda qarşınıza planınızla bağlı məhsullar olan yaxud da otellərin məlumatları yer alan reklamlarla qarşılaşa bilərsiniz. Smartfonunuz varsa mütləq ən azı bir dəfə bunu müşahidə etmiş olmalısınız. Bəs bunun səbəbi nədir? Həmişə yanımızda saxladığımız smartfon hər zaman bizə qulaq asırmı? Və ya bütün söhbətlərimiz kimsə tərəfindən dinlənilirmi? Belə narahatlıqlarınız varsa, ilk növbədə təşvişə düşməyin. Çünki prosesin səbəbi bir az fərqlidir.

Chip.az xəbər verir ki, keçmiş “Google” işçisi olan Tristan Harris ötən həftə baş tutan konfransda bunun səbəbini açıqladı. Harrisin sözlərinə görə, bunun səbəbi kiminsə sizi dinləməsi ilə bağlı deyil. Voodoo haqqında yəqin ki, eşitmisiniz. Bəzi inanclara görə insanlar bu körpələrdən kimisə ovsunlamaq üçün istifadə edirdilər. Belə ki, onun üzərinə müxtəlif işgəncə xarakterli izlər buraxırlar. Bununla da, Voodoo vastəsilə ovsunlanan şəxs də eyni  ağrıları hiss etməli idi. Yəni siz bu körpənin ayağına iynə batırsanız həmin adam da ayağında eyni ağrını hiss edəcək.

Harris danışdığımız söhbətlərə uyğun məlumatların telefonlarda qarşımıza çıxmasını Voodoo ilə əlaqələndirib. Belə ki, “Facebook” və “Google” kimi platformaların şəxsi Voodoo funksiyaları var. Əlbəttə ki, bu fiziki anlamda nəzərdə tutulmur. Platformaların kodlaşdırılmasında “Voodoo körpə” adlı alqoritm mövcuddur. Bu alqoritm insanların hərəkətlərinə görə formalaşır. Bütün etdiyiniz internet axtarışlarınızı qeyd edir. Bir müddət sonra bu voodoo kuklası ikinci “SİZ” olur. Yəni əslində bu alqoritmi nəyi, necə və harada istədiyinizə uyğun özünüz formalaşdırırısınız. Zaman keçdikcə bu alqoritm sizi çox yaxşı tanıyır. İstədiyiniz və ya istəyə biləcəklərinizi təxmin edə bilər. Buna görə də yuxarıdakı sualı düşünməyə ehtiyac yoxdur. Bizə niyə qulaq asmaq istəsinlər ki? Dərinliyə getsək sözü gedən alqoritmlər vasitəsi ilə bizi bizdən daha yaxşı tanıyırlar. İstənilən halda fikir ayrılıqları olduğuna görə ətrafımızda “Dinsələr daha yaxşı olardı” deyə düşünənlər də ola bilər. Bəlkə belə olsaydı insanlar daha dəqiq, bir az nəzakətli  ümumən isə nə haqqda danışacaqlarına diqqət edərdilər. Eyni zamanda günümüzün ayrılmaz hissəsinə çevrilən telefonlardan müəyyən qədər uzaq qalmaq üçün səbəb olardı. Çünkü texnologiya məhsulları həyatımızı asanlaşdırmağa, günümüzü əyləncəli keçirməyə yardımçı olsa da bəzən həddindən artıq istıfadə olunur ki, bu da qənaətbəxş hesab olunmur.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oyun və film

Yu-Gi-Oh! 20 illiyinə yeni anime-serialla gələcək

 

Chip.az geek.on-a istinad edərək bildirir ki, Yu-Gi-Oh! anime franşizası öz 20 illik yubileyi münasibəti ilə yeni serial buraxacaq. Daha ətra

Epic game Steam-ə qarşı mübarizəyə son sürətlə davam edir

Son aylarda ən yaxşı oyun planforması hesab edilən Steam-ə qarşı yönəlmiş bu mübarizənin önündə Epic Games dayanır.

Chip.az

GTA 6 sızdırıldı ?

Rockstar Games şirkətinin məhşur GTA seriyası 5-ci oyun ilə birliktə satış rekordları qırmışdı. Və qeyd edək ki, hələ də

Will Smithin yer aldığı Gemini Man filminin fraqmenti yayımlandı

Chip.az xəbər verir ki, filmdə məşhur aktyor Will Smithin canlandırdığı bu obraz özündən 25 yaş kiçik oxşarı ilə üz-üzə gəlir. Brogindən fiziki cəhətdən

PUBG-a oyun balansını dəyişdirmək üçün yeni funksiyalar əlavə olunub

PUBG oyununun sevimli xəritəsi Erangel oyuna əlavə edilən ilk xəritə idi.

Chip.az xəbər verir ki, oyunun icraçı prodüseri TS Jang mart ayın