ASAN xidmət mobil tətbiqi istifadəyə verilib

  • 07 May 2019
  • 41

Chip.az xəbər verir ki, bunu “ASAN xidmət”-in əməkdaşı Turanə Qasımova “ASAN xidmət” mobil tətbiqinin təqdimatı zamanı deyib.

T.Qasımova qeyd edib ki, tətbiqi yükləmiş istifadəçi şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil etməklə qeydiyyatdan keçə və şəxsi kabinetini yarada bilər:

“Hazırda mobil tətbiq Azərbaycan dilində fəaliyyət göstərir. Yaxın vaxtlarda ingilis və rus dillərində də istifadəçilərin ixtiyarına veriləcək. Hazırkı yenilikdə isə vətəndaşlar mobil tətbiq vasitəsi ilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində müvafiq xidmət mərkəzini seçə, zəruri sənədlərin siyahısı ilə tanış ola və növbə götürə bilərlər. Həmçinin seçilmiş xidmət üzrə təqdim olunan mərkəzlərdə növbə sayı və növbənin bitmə vaxtı ilə tanış olmaq və müvafiq mərkəzi seçmək imkanı da yaradılıb.

Təqdim olunan “Növbəni izlə” funksional bölməsi vasitəsi ilə vətəndaşlar növbə üzrə müraciətlərinin statusu ilə tanış ola bilər, həmçinin müraciətlərindən imtina edə və ya mərkəzlərə daha yaxın ərazidə olduğu zaman aktivləşdirməni həyata keçirə bilərlər”.

  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Apple və Google Android ilə iOS-a gələcək yeni emojileri açıqlayıb

17 iyul dünya emoji günü münasibətilə Apple və Google  istifadəçilərin xidmətinə veriləcək olunacaq yeni emojileri təqdim ediblər. Android Q və iOS 13 ilə birlikdə 60 ye

“Amazon” şirkətinin təsisçisi xeyriyyə fondu açır


Chip.az "IGate" resursuna istinadən yazır ki, fond iki hissədən ibarət

Çində uçmağı da bacaran tamamilə fərqli bir modelə çevrilmiş Rusiya silahı hansıdır?

Chip.az bildiriir ki, China National Space Administration (CNSA) Rusiyanın əfsanəvi tüfəngi AK-47 modelli dronunu təqdim edib. "Uçan Kalaşnikov" adı verilən CH-7 adlı təyyarə

Süni zəkanın yaratdığı rəsm əsəri hərraca çıxarılır – Dünyada ilk

İngiltərənin “Christie’s” adlı hərrac evi süni zəka tərəfindən çəkilmiş rəsm əsərini real insanların əl işləri ilə birlikdə satışa çıxaracaq.

“Portrait of

Telefonunuzda basdığınız düymələrin səsi ilə şifrələri öyrənmək mümkün olacaq

İngiltərənin Cambridge və İsveçin Linköping universitetindən olan tədqiqatçılar smartfon ekranlarında hərəkət zamanı çıxan səsləri dinləyərək şifrələrin müəyyən