Game of Thrones-un çox sevilən obrazı ilə bağlı məyus edici qərar

  • 06 May 2019
  • 69

Chip.az xəbər verir ki, “Game of Thrones” serialının son mövsüm bölümlərinin çəkilişi davam edir. 8-ci mövsümün dördüncü bölümündə Cersei filmsevərləri məyus edəcək qərar verir. Əsas qəhrəmanların ölümünü izləməyə alışdığımız serialda son ölən xarakter tamaşaçıları məyus etdi.

“Diqqət: 8-ci mövsümün 4-cü bölümündə sürprizlərlə qarşılaşacağıq.”

“Winterfell” döyüşündən sonra qələbəni qeyd etməyə eyni zamanda verilən itkilərin yasını tutmağa çox zaman ayıra bilməyən obrazlar Cerseinin üzərinə getməyə başlayır. Dany Drogonun arxasında və yanında Rheegal ilə “Kings Landing” üçün yola çıxır. Arya Cersei ilə hesablaşmağı planlayırdı. Jon savaşdan sonra orduda qalanları toplayaraq irəliyə hərəkət edən vaxtda Missandei və Gray Wormun kiçik bir qrupu da dənizdə yola düşmüşdü.

Təəssüf ki, Euron Greyjoy gələn orduya qarşı olduqca nizamlı hazırlaşmışdı. Euronun qüvvələri Rheegalı məğlub etməyi bacardı. Eyni zamanda Missandeiyi ələ keçirərək “Kings Landing”ə doğru istiqamətləndi. Tyrionun görüşmək üçün cəhdləri müsbət nəticə vermədiyinə görə Missandeinin taleyi artıq bəlli idi. Cersei Missandeinin edam edilməsini tələb etdi. Grey Worm bu zaman başını çevirsə də Daenerys bu mənzərəni gözlərini qırpmadan izlədi.

Bu vaxta qədər serialda faciəvi ölümlər çox izlənilib. Xüsusən  Missandeinin ölümü izləyiciləri daha çox məyus etdi. Daenerys tərəfindən azad edildikdən sonra əjdaha kraliçasının ən yaxın dostu olan bu obraz ölümünü gözləyərkən bir damla göz yaşı axıtmayacaq qədər qürürlu idi.

Aydındır ki, Viserionu, Jorahı və ən sonda Rheegalı itirən Daenerys Missandeininin ölümünə çox qəzəbləndi. Missandei və Gray Worm hər şey bitdikdə qaçıb öz həyatlarına başlamağı planlaşdırırdı. Belə görünür ki, Gray Worm da artıq Cersei-də intiqam alanların siyahısında yer alacaq.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Telefonlar

Mata 20 X 5G-nin təqdimatından öncə görüntüsü yayımlandı: video

Chip.az bildirir ki, Huawei-nin yeni smartfonu Mate 20 X 5G Zing Gadget tərəfindən yayımlanan video ilə təkcə vizual dey

Xiaomi Mi 8 Youth Edition dizaynı ilə diqqət çəkir!

Paylaşılan detallar ilə birlikdə yeni cihazın ovsunlayan dizaynı nümayiş etdirildi.

Xiaomi Mi 8 Youth Edition haqqında yeni təfərrüatlar gəlməyə davam edir. Xatırlayacaqs

Huawei MediaPad M5 Lite tanıdıldı!

Huawei Mediapad M5 lite hər hansı bir təbliğat aparılmadan, şirkətin internet saytına əlavə olunaraq rəsmilik qazandı. MediaPad M5 Liteın 10.1 düym böyüklüyündə və 16:10 form

Galaxy A50, Galaxy A30 və Galaxy A10 təqdim edildi

Chip.az Galaxy A50, Galaxy A30 və Galaxy A10-nun özəlliklərini sizə təqdim edir.

Samsung Galaxy A50 xüsusiyyətləri:

6.4 düyml