Samsung 6 kameralı telefon istehsalına hazırlaşır

  • 06 May 2019
  • 63

Bunun çox sadə səbəb cavabı var. Texnologiya sənayesi hər ötən gün yenilənməyə məhkumdur. Çünkü insanlar həmişə yeni tətbiqlər, proqramlar, xüsusi və inanılmaz özəlliklərə malik cihazlar axtarışındadır. Smartfonlar üçün ən son tətbiq olunan trend xüsusiyyətlərdən biri ekran ölçüsünün cihazın fiziki ölçüsünə uyğunlaşdırılmasıdır.

Chip.az xəbər verir ki, “Samsung” bu nisbəti tətbiq edəcək ilk şirkət ola bilər. Belə ki, adı çəkilən şirkətin tam ekranlı və 6 kameralı bir telefon istehsalı üzərində çalışdığı xəbəri yayılıb. Ekranın üzərindəki komponentlərin aradan qaldırılması istiqamətində əldə olunan yenilik hələki barmaq izinin sensor ekrana yerləşdirilməsidir.

“Samsung”un ön kamera lenslərinin ekranın arxasında gizlətmək üzərində işlədiyi məlum idi. Ar-Ge qrupu sədr müavini Yang Byung-duk bunu təsdiqləmişdi. Məlumatlara görə şirkət ön kameraların arxa tərəfdə gizlənəcəyi və kamera çuxurunu tamamilə aradan qaldırılacağı yeni bir texnologiya üzərində işləyir. Eyni zamanda bunun 6 kameraya malik olacağı bildirilən cihazın ekran funksionallığına mənfi təsir göstərməyəcəyi də qeyd olunub.Bu texnologiya sahəsində tətbiq olunacaq maraqlı funksiyalardan biri olacaq. Bu haqdda geniş məlumat yayımlanmasa da, çox gümanki yaxın zamanlarda açıqlamalar veriləcək.

Aida İSAQ

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Yazarlar

İndi bizdə texnologiyaya aid statistika olmayacaq?

İKT sahəsində olanlar daim bu trendləri izləyir. Trend deyəndə, əlbəttə dünyada baş verənləri və real nəticələrlə dünya mediasında yayımlanan texnoloji hadisələri nəzərdə

Rəqəmsal izlər

Rəqəmsal izlər adlanan bu izlər bizim sosial mediadan, müxtəlif tətbiqetmələrdən, axtarış sistemlərindən istifadə zamanı yaratdığımız izlərdir. Bu izlər sosial mediada  hes

Texnologiyanın inkişafı ilə bağlı xanımların uğurlu olacağı sahələr!

İnkişaf edən biznes sahələrində kreativlik və empati bacarıqlarının rolu artdıqca iş dünyasının xanım işçilərə olan ehtiyacı günü-gündən artmağa davam edir.

Hər detal dizaynerin diqqət mərkəzində olmalıdır- (müsahibə)

Qloballaşma, informasiya cəmiyyəti şəraitində dünyanın tələbləri də dəyişm

Kompüter avadanlığı tarixindən bilgilər!

Hamımız fərdi kompüterlərdən istifadə edir və bunu gündəlik həyatımızın bir hissəsi hesab edirik. Kompüterlər həyatımıza yalnız bir neçə il bundan əvvəl daxil olublar. İlk