Facebook istifadəçilərə reklama baxış üçün ödəniş etməyi planlaşdırır

  • 04 May 2019

Chip.az xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən “The Wall Street Journal” yazıb. “Facebook” rəhbərliyi bu üsulla istifadəçilərin aktivliyini artırmağı planlaşdırır.

facebook users ile ilgili görsel sonucu
 
Nəşrin məlumatına görə, “Facebook”un nümayəndələri bu məqsədlə “Visa” və “Mastercard” ilə danışıqlar aparırlar. Layihə “Project Libra” adlandırılıb. Yaxın zamanlarda bu haqqda daha ətraflı açıqlama veriləcəyi bildirilib.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır