Sosial mediada yazı səhvlərini düzəldənlər assosial insanlardır

  • 04 May 2019
  • 60

Chip.az xəbər verir ki, araşdırmalara görə ictimai mediada qrammatik səhvləri tez-tez düzəldən insanlar digərləri tərəfindən anlaşılmamaqdan əziyyət çəkirlər. 2016-cı ildə “PLOS One” jurnalında nəşr olunan bir məqalədə alimlər səhvlərin düzəldilməsinin insanların fərdi xüsusiyyətləri ilə əlaqəli olduğunu qeyd edib. Beləliklə “Facebook”, “İnstagram” və ya digər sosial media hesablarınızda paylaşımlarınızda qrammatik səhvləri daim düzəltməyə çalışan dostlarınız varsa, onların bir növ psixoloji problemləri var desək yanılmarıq. Daha dəqiq desək bu cür insanlar cəmiyyətdə ünsiyyət qurmağa qapalıdırlar. Eyni zamanda başqalarıyla müqayisədə səhvlərinizi daha az yarğılayarlar.

Miçiqan Universitetinin tədqiqatçısı Julie Boland “Bu tamaşaçıların və ya oxucuların şəxsiyyət problemlərinin dilin tənqidi üzərində cəmləşməsi  deməkdir. Bu təcrübədə yazıçıların məqalələrində oxucuların qeyd etdikləri səhvləri araşdırdıq”

Təcrübəyə daxil olan 83 nəfərdən otaq yoldaşı axtaran şəxsə məxsus tamamilə səhvsiz, bir qədər səhvlərə yol verilən və başdan-ayağa yalnış formada yazılan mətni incələməsi istənilir. Cavab olaraq gələn elektron məktublarda səhvləri taparaq göndərənlərin şəxsiyyət xüsusiyyətlərinə dair qərar çıxarılmışdı.

Tədqiqatçılar sınaqdan sonra hər hansı tipoqrafik yalnışlıqların və ya qrammatik səhvlərin olub-olmadığını, varsa bunun onları nə dərəcədə narahat etdiyini  soruşublar. Beləliklə ev otaq yoldaşı axtaranların yazı xətaları və dil bilgisi zəif olanlarla müqayisədə daha pis nəticə göstərdiyi müəyyənləşib. Ümumilikdə isə hər fürsətdə səhv tapmağa çalışan insanların özlərini bütünlüklə cəmiyyətdən ayrı tutduğu və onlarla yaxın ünsiyyət qurmağın çətin olduğu məlub olub.

Aida İSAQ 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Dünyada ən sürətli superkompüter hazırlanır

Chip.az xəbər verir ki, “Frontier” adlı sistem “Cray” server istehsalçısı, ABŞ-ın Energetika Nazirliyi və “Oak Ridge” Milli Laboratoriyası tərəfindən bir

Nazir Ramin Quluzadə Çində “Huawei” və “China Telecom” şirkətlərinin rəhbərliyi ilə görüşüb

Səfər çərçivəsində adıçəkilən komissiyanın həmsədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevlə birlikdə “Huawei” şirkətinin rəhbərliyi ilə gö

iOS 12.4 yayımlandı!

Apple, 2018-ci ilin Sentyabr ayında istifadəçilərə təqdim etdiyi iOS 12 əməliyyat sisteminin dördüncü böyük yenilənməsi olan iOS 12.4 variantını yayımladı. Beləliklə d

TechCentrum platforması Data science və Data engineering mövzusunda təlim keçirdi

Chip.az bildirir ki, TechCentrum platformasının ilk fəaliyyəti bu gün - 26 yanvar tarixində gündəmdə olan Data science və Data en