WhatsApp qaranlıq rejim funksiyasını sildi

  • 03 May 2019

Chip.az xəbər verir ki, dünyanın ən populyar aktiv mesajlaşma proqramı olan “WhatsApp”ın müntəzəm olaraq mobil tətbiqə yeni xüsusiyyətlər əlavə edir. Məlum olduğu kimi “WhatsApp” bir müddət əvvəl aktivləşdirdiyi qaranlıq rejim funksiyasını təkmilləşdirməyə çalışırdı. Sözü gedən yeniliyin tez bir zamanda təqdim olunacağını səbrsizliklə gözləyən istifadəçilər prosesin əksini müşahidə edirlər.

“WhatsApp” ın “Android”  tətbiqlərindən qaranlıq rejimi silməsi barəsində “WABetaInfo”nun yaydığı məlumatda qeyd olunur. Şirkət bu funksiyanı ən son aktivləşdirilən 2.19.123 yeniləməsi ilə birlikdə tamamilə “Android” tətbiqlərində aradan qaldırıb. Bunun səbəbi hələki açıqlanmasa da, sistemdə baş verən hər hansısa xətaya görə qaynaqlandığı ehtimal edilir.

Qaranlıq rejimdən  xüsusilə OLED ekranına malik telefon istifadəçiləri  daha çox istifadə edirdi. Yəqin ki, “WhatsApp” bu funksiyanın aktivləşdirildiyi  zaman ciddi səhvlərə yol verdiyini müəyyən edərək təsdiq etməyib. Yalnız 2.19.124 yeniləməsindən sonra vəziyyətin nə yerdə olduğunu daha dəqiq anlamaq mümkün olacaq.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır