Nəfəs kəsən qorxu filmi Crawl-ın fraqmentləri yayımlandı

  • 03 May 2019

Chip.az xəbər verir ki,  cəhənnəm qorxusunu canlandıran film “Paramount Pictures” tərəfindən 12 iyulda kinosevərlərə təqdim ediləcək.

Florida əyalətində sürəti 251 kilkometri keçən güclü bir qasırğa baş verir. Baş verən hadisənin əsnasında Halley adlı qadın atasını itirir. Ona xəbərdarlıqlar edilməsinə baxmayaraq qız atasını axtarmağa davam edir.

Atasını ağır yaralanmış halda tapan Halley dəvətsiz qonaqlarla rastlaşır. Burada çoxlu timsahlarla üzləşən Halleyin həyatda qalmaq üçün onlara qarşı mübarizə aparmaqdan başqa çarəsi qalmır.

Kaya Scodelarionun baş rolu canlandırdığı filmin çəkiliş prosesinə Alexandre Aja rəhbərlik edir. Kinosevərlə yanaşı çəkiliş komandasının da səbrsizliklə gözlədiyi filmin fraqmentlərini təqdim edirik:

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır