Aviasiya sənayesində inqilab yaradacaq yeni təyyarə modeli hazırlanıb

  • 03 May 2019
  • 81

Chip.az xəbər verir ki, təyyarələrin istifadəyə verilməsindən o qədər də böyük zaman fasiləsi keçməsə də ancaq bütün dünyaya öz təsirini göstərdi. Nəqliyyat vasitəsi kimi, yük daşımaq məqsədi ilə istifadə edilən yaxud da müharibələrin gedişatını dəyişən bu texnoloji kəşfin yenilənməsi təbii və gözlənilən məqamlardandır.

“British Aerospace Marconi Electronic Systems” şirkəti supersonic sürəti ilə idarə olunan və havadan istifadə edərək manevr edən ilk məhsulu təqdim edib. Şirkət Uelsin şimal qərbindəki Llanbedr Hava limanından yola düşən və bumeranqa bənzəyən “Magma İHA” modeli üçün ümidlər böyükdür. BAE Systems hesab edir ki, yeni qanadsız təyyarələr sözü gedən texnologiya vastəsinin dizaynında inqilab edəcək.

BAE-nin Mançester Universiteti (Marvel Cinematic Universe) və Britaniya hökuməti ilə əməkdaşlığı sayəsində hazırlanan vasitədə mühafizə qanadlarının əvəzinə hava püskürdən sistem tətbiq olunub. Ənənəvi  təyyarələr yalnız qanadlar vastəsi ilə lazımi istiqamətlərə dönə bilirlər. Təyyarələrdə bu günə qədər tətbiq olunan bu kompleks bahalı, ağır və çox səmərəsizdir.

BAE tərəfindən hazırlanan sistemdə hava supersonic sürəti ilə təyyarədən püskürdülür və bu hava sayəsində vasitə manevr edə bilər.

Hal-hazırda “Magma”da iki fərqli texnologiya sınaqdan keçirilir. Bunlardan birincisi Wing Circulation Control adlı sistemdir. Bu sistemdə mühərrikdən gələn hava xüsusi formalı qanadlardan sürətlə püskürür. İkincisi isə “Fluidic Thrust Vectoring”dir ki, motorun istifadə olunan qazı püskürtmədən idarə olunmasına əsaslanır.

BAE hesab edir ki, “Magma” texnologiyasının təyyarə istehsalının həm nəzarət, həm də performans baxımından inkişaf etdirilməsinə səbəb olacaq. Daha incə dizayna malik olacaq yeni vasitələr təyyarələrin təhlükəli radarlara düşməsinin də qarşısını alaacq.

“Magma” layihəsinin rəhbəri Bill Kouter uzun illər mövcud olan sistemin dəyişdirilməsinin vacib olduğunu qeyd edərək , belə bir prosesdədə iştirak edən tələbələr üçün bunun real mühəndislik məktəbi olduğunu bildirib.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Üstü açıq avtomobillərdə yağışdan qorunmağın üsulları

Chip.az xəbər verir ki, əgər avtomobilin aerodinamik xüsusiyyətlərindən məlumatlı olsanız yağış zamanı islanmayacaqsınız. Yaz günlərində üstü açıq avtomob

Apple şirkətindən məlumatlar sızdıran şəxsin kimliyi məlum oldu

Chip.az Federal Təhqiqat Bürosundan (FTB) verilən məlumata əsaslanaraq bildirir ki, Apple şirkətində işləyən bir mühəndis şirkətin sürücüsüz c

Facebook istifadəçilərə reklama baxış üçün ödəniş etməyi planlaşdırır

Chip.az xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən “The Wall Street Journal” yazıb. “Facebook” rəhbərliyi bu üsulla istifadəçilə

Huawei şirkəti Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqda maraqlıdır

Çinin “Huawei” şirkəti Dövlət Gömrük Komitəsi (DGK) ilə əməkdaşlıqda maraqlıdır.

Chip.az xəbər verir ki, komitənin Mətbuat və ic

Qaranlıq rejimli web şəbəkə çökdü

Chip.az xəbər verir ki, "Europol"un başçılıq etdiyi əməliyyatda dünyanın ikinci böyük qaranlıq şəbəkəsi parçalandı. Belə ki, sözü gedən şəb