Star Wars filminin Chewbaccası 74 yaşında vəfat etdi

  • 03 May 2019

Chip.az xəbər verir ki, “Star Wars” filmində canlandırdığı obrazı ilə həm görünüşünə həm də aktyorluq qabiliyyətinə qibtə edilən Peter Mayhew 74 yaşında dünyasını dəyişdi. Aktyorun ailəsinin “Twitter”də bu barədə paylaşım edib. 30 apreldə Peter Mayhew Şimali Texasdakı evində həyatla vidalaşıb.

3 övlad atası Mayhem 19 May 1944-cü ildə dünyaya göz açıb. Mayhew həmçinin xeyriyyə məqsədli işləri ilə də tanınıb. Eyni zamanda bir neçə uşaq kitabını da nəşr etdirib. Buradan əldə olunan gəliri də uşaqlar üçün qurulan fondlara hədiyyə edib. Mayhew “Star Wars” filminin çəkilişindən sonra da əldə olunacaq gəlirlərin hesabına bu istiqamətdə görülən işləri davam etdirməyi planlayırdı.

Aktyorun  ölümünün səbəbi haqqında heç bir məlumat verməyən Mayhew ailəsi 29 İyunda  anım mərasiminin keçiriləcəyini qeyd edib. Los-Anjelesdə “Star Wars” pərəstişkarları ilə görüş keçiriləcək. Sözü gedən tədbirdə Peter Mayhew də yad olunacaq.  Buraya gələcək insanlardan çiçək yaxud digər əşyalar gətirməmələri bunun əvəzində Peter Mayhew Fonduna yardım etmələri xahiş olunub. Adı çəkilən məktubla linkə daxil olaraq tanış ola bilərsiniz.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır