Sony PlayStation Plus üçün pulsuz oyunlar təqdim edir

  • 03 May 2019

Chip.az xəbər verir ki, şirkət bu ayda da ənənəyə sadiq qalaraq istifadəçilərə 2 yeni fərqli kateqoriyalı pulsuz oyun təklif edir. Eyni zamanda  “PlayStation Plus” həvəskarları ötən ayın pulsuz oyunları olan “The Surge” və “Conan Exiles”i dən də 6 Maya qədər yararlana bilərlər.

Overcooked

Çıxış tarixi: 3 Avqust 2016

Bir müddətdir “Twitch” naşirləri tərəfindən də oynanılan “Overcooked” 2016-cı ildə istifadəyə verilib. "Overcooked" un ikinci oyunu ötən il təqdim olunsa da, “PlayStation Plus”un pulsuz olaraq tətbiq etdiyi oyun seriyasının ilk nümunəsidir.

What Remains of Edith Finch

Çıxış tarixi: 25 aprel 2017

Hekayə əsaslı oyun sevənlər üçün bu oyun sistemi  yüksək qiymətləndirilir.

“Sony” şirkəti qısa zaman aralığında davam edən  eyni zamanda əyləncə və hekayə mövzulu oyun həvəskarlarını bu ay ərzində “Overcooked” və “What Remains of Edith Finch” ilə sevindirməyi hədəfləyir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır