Hyundai i30 N modellərində dəyişiklik edilib

  • 03 May 2019

Chip.az xəbər verir ki, məlum olduğu kimi sözü gedən model yarışlarda istifadə edilən yüksək performanslı avtomobillərin siyahısına aiddir. Şirkətin rəhbər şəxslərindən olan Avstraliyalı Guido Schenkenin sözlərinə görə, “Hyundai i30”lara AWD sisteminin əlavə olunması avtomobilin təkmilləşdirilməsi yolunda təkan rolunu oynayır.

Beləliklə “Hyundai i30”a 4 təkər sisteminin bənzəri olan AWD tətbiq olunacaq. Əslində AWD sistemi 2 təkərlilərlə uyğunluq təşkil etsə də, əsas fərqi lazım olduqda gücü 4 təkərə də ötürə bilməsidir. Lakin bütün 4 təkərli sistemlərdə olduğu kimi, güc bütün təkərlərə bərabər şəkildə bölünmür. Zəruri hallarda lazımi təkərlərə gücü ötürərək avtomobilin hərəkət etməsini təmin edir. Güc ötürülməsi sürəti də avtomobilin vəziyyətinə görə formalaşır.

Şirkət “Hyundai N30” modelinə tətbiq edəcəyi bu yeniliklə kifayətlənmək istəmir. Eyni zamanda avtomobillərə ikili debriyaj- məlumat ötürmə hissəsini də əlavə etməyi planlayır.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır