Xiaomi Mi Band 4 modelinin fotoşəkilləri yayımlandı

  • 02 May 2019

Chip.az xəbər verir ki, “Xiaomi”nin ötən ay “Bluetooth” ilə sertifikatlaşdırdığı "Mi Band 4" biləkliyi haqqında yeni məlumatlar yayılıb. Tayvan Milli Sertifikatlaşdırma Agentliyinin yeni açıqlamalarına görə Xiaomi Mi Band 4 rəsmi olaraq təsdiqləndi.

Düzbucaqlı klassik ekrana malik “Xiaomi”nin dördüncü nəsil fitnes qolbağı qalın bir çərçivəyə və əyri ekrana malikdir. Üzərində dəyirmi düymə yerləşən cihazın arxa tərəfində nəbz ölçmə sensoru var. Tətbiq olunan bu yenilik sayəsində modelin “Mi Band 3”-ə nisbətən daha effektli olacağı gözlənilir.

Əvvəlki modelin yan tərəfində yerləşən batereya cihazı artıq yeni məhsulun arxa hissəsinə köçürülüb. Yeni batereya cihazı məhsulun içərisinə yerləşdiriləcək. Modelin “Mi Bant 3”dən fərqli olaraq daha uzun ömürlü yəni 135 mAh batareyaya malik olacağı gözlənir.

Qeyd edək ki, məhsulun may ayında bazara çıxarılması nəzərdə tutulub.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır