PlayStation 5 AMD tərəfindən istehsal ediləcək çiplərə malik olacaq

  • 02 May 2019

Chip.az xəbər verir ki, “Sony” “PlayStation 5”i rəsmi olaraq təqdim etməsə də, sistemin rəhbər şəxslərindən olan Mark Cerny artıq Yaponiyanın texnologiya nəhənginin yeni nəsil oyun şəbəkəsi haqqında açıqlamalar verib. Bundan əlavə AMD də artıq bu mövzuda gedən müzakirələdə səssiz qalmayıb.

Mark Cernynin sözlərinə görə “PlayStation 5” AMD tərəfindən istehsal ediləcək çiplərə malik olacaq. AMD-nin baş icraçı direktoru Lisa Su yaxın zamanlarda reallaşdırılan Sony ilə əməkdaşlıqdan bəhs edərkən hazırladıqları çipin “PlayStation 5”ə əlavə güc qatacağını qeyd edib.

İlgili resim

“Biz “Sony” şirkətinin yeni nəsil “PlayStation” oyun şəbəkəsinin bir hissəsi olmaqdan qürur duyuruq. Uzun müddətli əməkdaşlıq qurmağı düçünürük. Oyunları sevirik. Sürətli inkişaf etmək üçün bu bu sahənin uyğun olacağını düşünürük”

Mark Cernynin sözlərinə görə “PlayStation 5” üçüncü nəsil Ryzen prosessorlarına əsaslanan səkkizölçülü 7nm Zen 2 arxitekturası ilə işləyəcək. Eyni zamanda 3D səs texnologiyası ilə daha canlı oyunçulardan ibarət görüntüyə malik olacaq.  

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır