Bakı məktəbliləri kosmonavtları xoşbəxt edəcək xüsusi eynək və ayaqqabılar hazırlayıb

  • 02 May 2019

Burada 6 nəfərdən ibarət,bir, yaxud, iki  rəhbərin başçılıq etdiyi komandalar iştirak edə bilərlər. FLL şagirdləri əyləncəli mühitdə real elm və texnologiya problemləri iləqarşılaşdırır vəonların həll yollarını araşdırmaqla, dünyagörüşlərini zənginləşdirən qeyri-adi təcrübə qazandırır. FLL turnir proqramında komandalar bir sıra kateqoriyalar üzrə hazırlıqlı olmalıdırlar.

Kateqoriyalar: Əsas dəyərlər; Layihə metodu; Robot dizaynı; Robot yarışı.

Bu keçirilən turnir isə“İNTO ORBİT”-ə həsr olunub.

AÇIQLAMASI: Bu yöndə yarışacaq komandalar  kosmosa səyahətə, sonsuz fəzanı tətbiq etməyə və yeni kəşflərlə bağlı layihə və ideyalar hazırlamağa cəhd etməlidirlər.

Aprelin 6-da “ADA”Universitetində keçirilən olimpiadada  30 komandadan ikisi çempion olub.

Chip.az xəbər verir ki, AzEdu.az 2 çempiondan biri-Bakı Modern Təhsil Kompleksini təmsil edən “Humanoid” komandasının üzvləri ilə ünsiyyətdə olub, onlardan layihənin təfərrüatları barədə fikirlərini öyrənib.

Bakı Modern Təhsil Kompleksində müəllimə kimi çalışan, layihənin köməkçisi və İnformasiya Mərkəzinin direktoru  Gülnarə Səlimovaməktəblərinin turnirdə ikinci dəfə iştirak etdiyini deyib:

“Təhsil Nazirliyi və Mars Akademiyanın təşkilatçılığı ilə  FLL turniri  ikinci dəfədir ki, təşkil olunur.

 Məktəbimiz bu yarışmaya iki ildir ki,iştirakçı qismində qatılır.”Humanoid” və “Shootingstar” komandaları bu il təhsil müəssisəmizi təmsil ediblər. Lakin, “Humanoid” komandası yarışmadan qalib olaraq ayrılıb və İzmirdə keçirilən beynəlxalq müsabiqəyə vəsiqə qazanıb.

Qalib olan “Humanoid” layihəsi üzərində 3 aydan uzun bir müddət işlədik. VI, VII, VIII siniflərdən 6 şagird həmin turnirdə iştirak edib.

Onları seçməkdə əsas məqsədimiz  yaxşı oxumaqları, komanda ilə işləmək və özlərini ifadə etmək bacarığıdır. Şagirdlər 2 dəqiqəyə 15 missiyanı yerinə yetirməli idilər.

Layihəmizin əsas məqsədi kosmonavtları xoşbəxt etməkdir. Kosmonavtlar orbitdə 2 ildən çox qaldıqları üçün ailələri ilə görüşə bilmirlər. Şagirdlərimiz buna çarə kimi virtual eynək yaratdılar.Bu gözlük vasitəsi ilə kosmonavt ailəsi və doğmaları ilə  görüşür. Hətta onun üçün əlamətdar günlər də bu virtual eynəyə yazılır və o özünü orbitdə tək hiss etmir.

Kosmik sahədə çəkisizlik şəraitli olduğundan burada torpaq üzərində yerimək mümkün deyil.

Şagirdlərimiz kosmonavtlar özlərini yerdə hiss etmələri üçün maqnit ayaqqabı yaratdılar. Bu ayaqqabı çəkisizlik şəraitində onun üçün ayrılmış dəmir sahədə yerimək imkanı verir.Bu kosmonavta yerdə olduğunu hiss etdirir.Həmçinin, ayaqqabı onun əzələlərini inkişaf etdirir və sağlam qalmasını təmin edir.

Bu layihələri video şəkilində hazır edib, FLL turnirində olan  jüriyə təqdim etdikdə, onlar çox bəyəndilər və qalib olaraq komandamızı gördülər.

Şagirdlərimizin belə uğur qazanmağının əsas səbəbi məktəbimizdə informasiya texnologiyalarının inkişaf  etməsidir.

2012-ci ildə yaradılan təhsil müəssisəmizin əsas istiqaməti robot texnikasını inkişaf etdirməkdir. Məktəbimizdə ilk dəfə olaraq Robototexnika fənni tədris olunur. Fənn şagirdlərimizəhəftədə 3 dəfə tədris olunur.Buna görə də şagirdlərimiz robot texnikasının bütün sirlərinə bələddirlər.

Həmçinin, məktəbimiz Çin Xalq Respublikasında,Hindistanda, Kosta-Rikada, Malayziyada, Taylandda  keçirilən robot texnikası olimpiadalarında qalib gəlib.

Layihəmiz heç bir şəkildə kommersiya məqsədi daşımır.Çünki burada əsas məqsəd uşaqlarda olan mühəndislik bacarığının artırılması və onların elmli şəkildə yetişdirilməsidir.Günümüzdə hamı həkim, müəllim kimi peşələri seçir.Amma biz fərqli istiqamət olaraq robot texnologiyasını inkişaf etdirdik.Artıq dünya iləayaqlaşmalıyıq, çünki informasiya texnologiyaları    sözünü deyir və inkişaf edir”.

Layihənin rəhbəri və Bakı Modern Təhsil Kompleksinin  İnformatika müəlliməsi Həsənova  Sona  şagirdlərində mühəndislik qabiliyyətinin yüksək şəkildə inkişaf etdiyini vurğuladı:

““İnformatika müəlliməsi və layihənin rəhbəri olaraq şagirdlərlə mütəmadi məşğul oluram. Həmçinin İnformatika dərsi ilə yanaşı Robot fənninidə, tədris edirəm.

Komandanın üzvü olan şagirdlər  seçilən uşaqlardır. Onların dərsləri digərləri ilə  müqayisədə daha yaxşıdır.Şagirdlərin riyazi, proqramlaşdırma,layihə metodikası ilə işləmək bacarıqları onların fərqləndirici amilidir. Uşaqlardan ikisi Azərbaycan, dördü  isə rus bölməsinin şagirdləridir.

Komanda üzvlərimizin sayını artırmağı düşünürük.Növbəti FLL və digər beynəlxalq layihələrə hazırlaşmağa başlamışıq.

“ADA” Universitetində keçirilən mərhələ turnir mərhələsidir. 21-22 mayda isə Türkiyənin İzmir şəhərində keçirilən FLL-in final mərhələsində iştirak edib layihəmizi təqdim edəcəyik.

Bir sıra xarici təcrübədən yararlanırıq, lakin məktəbimiz bir çox olimpiadalarda iştirak edib və bu bizə yüksək təcrübə aşılayıb.2012-ci ildən  Çin, Hindistan, Malayziya, Taylandda keçirilən olimpiadalarda iştirak etmişik və orada gördüyümüz  praktiki məsələləri layihəmizə tətbiq etmişik.

Şagirdlərimiz “Azərcosmos”a gedib, oradakı iş mexanizmi ilə tanış oldular.Onların yaratdığı şərait ilə biz daha sərfəli şəkildə layihəmizi həyata keçirə bildik.

Bakı Modern Təhsil Kompleksinin VIII sinif şagirdi və “Humanoid” komandasının qalib üzvü Nuriyev Rüfət layihəyə başlamazdan əvvəl kosmonavtların həyatı ilə yaxından maraqlandığını deyir.

“Əslində, bir neçə ideya var idi.Lakin gördük ki, kosmonavtın həyatındakı əsas problem onun xoşbəxt olmamasıdır. Düşündük ki, xüsusi bir proqram hazırlayaq. Kosmonavtın ailəsinin videosunu 360 dərəcədə çəkdik və onu virtual eynəklərə ötürdük.Nəticədə kosmonavt özünü ailəsinin yanında hiss edir və tənhalıq duymur.

Robotumuz 250 detaldan ibarətdir, 11 missiyamız var.Robotun üzərində olan missiyalar kosmonavta köməklik edir.Günəş paneli ona yolunu düzgün təyin etməsində yardımçı olur. Kosmonavt trenajorlar vasitəsilə idman edir və gün ərzində sağlam olur.

Bir çox beynəlxalq olimpiadalarda iştirak etmişəm, həmçinin Antalyada olan Riyaziyyat olimpiadasında qalib gəlmişəm.

Bakı Modern Təhsil Kompleksinin 7-ci sinif şagirdi və “Humanoid” komandasının  üzvü Qasımzadə Ziya da bundan əvvəl bir çox olimpiadalarda iştirak edib. Təəssüratları bitib-tükənmir:

“Bu sahədə çoxlu araşdırmalar aparmağımız bizi daha da yaxınlaşdırdı və ortaq  layihə hazırladıq.Bizim üçün ailə müqəddəs bir məfhum olduğundan düşündük ki, kosmonavtları ailələri ilə qovuşduraq.

2016-cı ildə Hindistanda. 2018-ci ilə isə Taylandda keçirilən olimpiadada iştirak etmişəm. Hazırda isə İzmirdə olan beynəlxalq olimpiadaya hazırlaşıram”.

Bakı Modern Təhsil Kompleksinin VIII  sinif şagirdi və “Humanoid” komandasının qalib üzvü Ləzgiyev Hacı bir çox olimpiadalarda iştirak etdiyini deyib.

“Mənim missiyam bu layihədə Günəş panelini yerləşdirmək və onun istifadəsi ilə məşğul olmaq idi. Turnir dünyagörüşümün inkişaf etməsində mənə yardımçı oldu.

Taylandda keçirilən olimpiada da 60 ölkə arasında 12-ci yerə çıxmışam və Dünya Robot Olimpiadasında iştirak etmişəm”.

Bakı Modern Təhsil Kompleksinin qalib üzvü və VIII sinif şagirdi Cavid İsmayılov Taylandda və Antaliyada olan olimpiadalarda iştirak etdiyini qeyd edib.

“Bu layihə mənə gələcək hədəfimi müəyyənləşdirməkdə köməklik göstərdi. İrəlidə robot mühəndisi olmaq fikrim var.Bu istiqamətdə çalışıram”.

VIII sinif şagirdi və Bakı Modern Təhsil Kompleksinin “Humanoid” komandasının qalib üzvü Səfərov Tural turnirdə işləməyin onun üçün rahat olduğunu dedi.

“Sinif yoldaşlarımla işləmək mənim üçün olduqca rahat idi. Biz bir ideyanın ətrafında toplaşdıq və nəticəsidə ürəkaçan oldu.

Ümid edirəm gələcəkdə daha böyük uğurlara imza atarıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır