Pornoqrafik oyun üçün 2 Milyon Dollar toplandı

  • 01 May 2019

Chip.az xəbər verir ki, “FOW Interactive”  digər şirkətlərdən toplanan maliyyə vəsaitlərinin məbləği və məqsədi baxımdan fərqlənir.

“FOW Interactive” “ Subvers” adlı yeni elmi-fantastik “RPG” oyununu təkmilləşdirməyi planlaşdırır. “ Subvers” digər oyunlardan fərqləndirən cəhət məşhur elmi-fantastik oyun “Mass Effect”in tam ölçülü pornoqrafik parodiyası olmasıdır.

“FOW Interactive”  bu oyunu bazara təqdim etmək üçün “Kickstarter” vastəsi ilə  maliyyə vəsaitinin toplanılmasına başlayıb.  Sözü gedən kampaniya 2 may tarixində başa çatacaq. Şirkətin məqsədi isə 2 milyon ABŞ dolları məbləğində sərmayə əldə etməkdir.

Yəqin ki, pornoqrafik parodiya oyununu kim investisiya edər deyə düşünürsünüz. Sizə bu siyahıda yer alan insanların sayını təqdim edirik : 51.043 nəfər. Bəli düzgün oxuyursunuz.

Qeyd edək ki, hazırda şirkət 1 milyon 936 min 170 dollar üçün vəsait toplaya bilib. Əgər proses bu templə davam edərsə  hədəflənən 2 milyon dollarlıq vəsait tamamlana bilər.

Aida İSAQ

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır