Xbox Game Pass-a may ayında yüklənəcək yeni oyunların siyahısı

  • 01 May 2019
  • 61

Chip.az  xəbər verir ki, “Microsoft” şirkəti may ayında “Xbox Game Pass” istifadəçilərinə kifayət qədər effektli oyunlar təqdim etməyə hazırlaşır. Sözü gedən şəbəkəyə əlavə olunacaq oyunlar  siyahısına “Wolfenstein 2: The New Colossus”, “Tacoma”, “Lego Batman 3”, “King”, “Surviving Mars” və digərləri daxildir.

xbox game pass may 2019 ile ilgili görsel sonucu

İstifadəçilərin səbrsizliklə gözlədiyi ilk oyun “Wolfenstein 2” may ayının 2-də təqdim olunacaq. Həmin tarixdə “Game Pass”a əlavə olunacaq digər oyun 1 fevral 2019-cu il tarixində “Xbox One” üçün istifadəyə verilən “Wargroove”dur.

Bundan bir həftə sonra 9 Mayda “Tacoma” bazaya əlavə olunacaq. Eyni gündə şəbəkəyə yüklənəcək “MMORPG” oyunu olan “Black Desert” da platforma istifadəçilərini sevindirməyə davam edəcək.

10 mayda təqdim olunacaq “For the King” oyunu abunəçilər üçün  üç gün əvvəldən istifadəyə veriləcək. Eyni zamanda oyunu 32$-a əldə etmək mümkün olacaq. İlin beşinci ayının ikinci yarısından sonra digər oyunlar  “The Surge” və  “Lego Batman 3” istifadəçilərin ixtiyarına veriləcək.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Programlar

5G-ni dəstəkləyən XMM 8160 modemini təqdim edilib



Chip.az bildirir  ki, ilk iPhone-də  tətbiq  olunacaq modemin əksər qurğulara, o cümlədən smartfon, planşet və kompüterlərə quraşdırılacağı göz

“Google+” sosial şəbəkəsinin fəaliyyəti dayandırılacaq


Chip.az “RİA Novosti” resursuna istinadən yazır ki, məlumatda qeyd olunur

WhatsApp-a yeni özəllik əlavə olunub

Dünyanın dörd bir yanında istifadə olunan mesajlaşma proqramı WhatsApp-ın beta versiyasına yeni özəllik əlavə olunub.

Chip.az xəbər verir

"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR!

Populyar mesajlaşma platforması "WhatsApp"ın yeni güncəlləməsi tez-tez mesaj yazan şəxslərə aid edilib.

Belə ki, artıq sizə tez-t