Game of Thrones seriyalının ilk mövsümdən son bölümlərinə qədər dəyişən obrazları

  • 01 May 2019

Chip.az  xəbər verir ki, milyonlarla insanı ekrana kilidləməyi bacaran əfsanəvi seriyal son mövsüm bölümündə hərkəsi kədərləndirməklə bərabər qorxulu anlar da yaşatmağa davam edir. İlk bölümü 17 aprel 2011-ci ildə nümayiş olunan serialın ekranlaşdırıldığı 8 ildə bir çox obraza yer ayırıldığı kimi bir o qədərinin də həyatına son verilib. Son bölümdə filmin ilk mövsümündən gözlənilən Westeros müharibəsinin şahidi olduq.

Bəs həmin dövrdən bu günə qədər hansı obrazlar və necə dəyişib?

Daenerys Targaryen

Əjdahaları ilə “Westeros”a qorxu salan Daenerys son bölümdə böyük cəsarət göstərməsi ilə yaddaşlarda qalır. Bu zaman isə dəyər verdiyi bəzi adamlarını itirmişdi. Birinci bölümdədə gördüyümüz şəxsdən heç bir əsər əlamət qalmadığını söyləyə bilərik.

Sansa Stark

İlk əvvələrdə səhv addımlar atan ərköyün şahzadə kimi təqdim olunan Sansa yaşadığı çətinliklər sayəsində böyüyür və hazırki görkəmini alır.

Bran Stark

8 ildə ən çox dəyişən obrazlardan biri də Brandır. Birinci hissədə onun canlandırdığı məsum oğlan  xarakteri dramatik  hadisəylə üzləşərək zaman keçdikcə tamamilə fərqli bir şəxsə çevrilir.

 

Arya Stark

Geridə qalan 8 il ərzində ən darıxdırıcı səhnələrdə belə bu obrazın dəyişəcəyinə izləyicilərdə böyük inam var idi.

 Cersei Lannister

“Game of Thrones”in bəlkə də ən çox sevilməyən xarakteridir desək yanılmarıq. Son dərəcə ağıllı qərarlar verdiyi hamıya məlum olsa da ancaq pis niyyətli bir ürəyə sahib oluğunu da demək yerinə düşər.

Jaime Lannister

Bəzi səhvləri olsa da, illər ərzində atdığı düzgün addımları ilə seçilən bu obraz qardaşı Cerseiyə olan sevgisi olmasaydı fərqli bir xarakter olardı.

 Jon Snow

Serialın ən çox dəyişikliyə uğrayan obrazlarından biri olan Jon Şimalda yaşadığı sərgüzəştlərindən sonra hər kəsin sevimlisinə çevrilə bilir.

Tyrion Lannister

Seriyalın ən ağıllı xarakterlərindən biri hesab olunan Tyrion bir çox təhlükəli hadisələrlə qarşılaşsa da, son bölümə qədər həyatda qalmağı bacarır. Bundan əlavə o, bir çox müharibələrin gedişatını da dəyişir.

 Theon Greyjoy

Çox qüsursuz şəkildə obraz yaradan aktyor sonuncu bölümdə səbəb olduğu bütün hadisələrə görə özünü bağışlatmağı bacarır.

 

 Jorah Mormont

Daererysə aşiq olan Jorah sonuncu bölümdə yenidən özünü sübut edir. Çətin dövrlər keçirsə də, həmişə gördüyü böyük işlər ilə möhtəşəm xarakter yaratmaq bacarığını ustalıqla sərgiləyirdi.

Sandor Clegane (The Hound)

“Westeros”un ən yaxşı döyüşçülərindən olan Hound Arya ilə çox yaxşı bir uyğunlaşma nümayiş etdirdi.

 

Gendry

İllərcə haqqında saysız fərziyyələr irəli sürülən Gendry seriyalın sonunda tamamilə fərqli bir xarakter kimi nəzərə çarpdı.

Samwell Tarly

İlk mövsümdən bu yana Jonun ən yaxşı dostu olan Samwell serialdan göründüyü kimi fərqli obraz yaratması ilə yadda qaldı.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır