Azərbaycana məxsus lazer yönləndirməli aviasiya bombası

  • 30 Aprel 2019
  • 29

Chip.az xəbər verir ki, bu barədə “AzeriDefence”yə eksklüziv olaraq İDEF-2019 sərgisində iştirak edən Müdafiə Sənayesi Nazirliyindən (MSN) məlumat verilib.


Bombanın ilk prototiöindən 3 ədəd hazırlanıb. Gövdə qismi bir müddət əvvəl ASELSAN tərəfindən yaradılmış Lazer Yönləndirmə Dəsti (LGK- Lazer Güdüm Kiti) ilə uyğunlaşdırılmaq üçün Türkiyəyə göndərilib. LGK üzərində kiçik dəyişikliklər edilməklə Azərbaycan istehsalı olan aviasiya bombasına inteqrasiya olunub.

ETİ-nin baş direktoru Novruz Abdullayevin sözlərinə görə, inert versiya sınaq üçün hazırdır. Bunun müəyyən edilmiş tarixdə Azərbaycanda sınaqları həyata keçiriləcək. Daha sonra, sifarişdən asılı olaraq yönləndirmə dəstinin 250 kiloqramlıq qəlpəli-fuqas bombalara inteqrasiyası həyata keçiriləcək.


Qeyd edək ki, LGK-nin inteqrasiya edildiyi Azərbaycan istehsalı olan QFAB-250 aviasiya bombaları buraxıldığı hündürlükdən asılı olaraq 12000 metrədək məsafədə hədəfləri maksimum 10 metr sapma ilə vurmağa imkan verəcək. Bu, NATO standartlarına uyğun yaradılmış LGK yönləndirmə dəstinin sovet standartlarına uyğun aviasiya bombasına ilk inteqrasiyasıdır.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Westworld-un üçüncü mövsümünün fraqmentləri yayımlandı

Chip.az xəbər verir ki, “Game of Thrones”un son bölümünün yayımlandığı bir vaxtda HBO şirkəti “Westworld”un bu mövsümdəki yeni  fraqmentlərini təqdim et

Tarixdə ilk dəfə Marsda zəlzələ səsi qeydə alınıb (Video)

Kosmik obyektlərin kəşf edilməsi üçün qonşu planetlərə və göy cisimlərinə müəyyən vasitələr göndərilir.

Chip.az  xəbər verir ki, 20

Üstü açıq avtomobillərdə yağışdan qorunmağın üsulları

Chip.az xəbər verir ki, əgər avtomobilin aerodinamik xüsusiyyətlərindən məlumatlı olsanız yağış zamanı islanmayacaqsınız. Yaz günlərində üstü açıq avtomob

İnternet qurucularından Larry Roberts vəfat edib

Rəqəmsal dünyanın əsasını təşkil edən internet və şəbəkə texnologiyalarının təsis edilməsində yer alan yaradıcı elm insanlarından Dr. Larry Roberts, 81 yaş

Pornoqrafiya oyunları üçün 1 milyon dollar vəsait toplanıb

Chip.az  xəbər verir ki, hazırladıqları məhsul ilə qalmaqallı  müzakirələrin mərkəzinə çevrilən “Studio FOW” sözü gedən oyun üzərində işləri davam e