Xiaomi-nin naqilsiz batereya cihazları əvvəlki qiymətində təklif olunur

  • 30 Aprel 2019

Chip.az xəbər verir ki, son illərdə sürətli və naqil olmadan özünü batereya ilə təmin edəcək telefonların istehsalında artım müşahidə olunur. Bununla da smartfon şirkətləri fərqlilik yaradaraq istifadəçiləri idarə olunması asan başa gələn texnologiya məhsulları ilə təmin etməyə çalışırlar. “ Xiaomi” də batereya texnologiyası üzərində təkmilləşdirilmə işlərinin aparıldığı şirkətlərin mərkəzində yerləşir.

Son günlərdə” Xiaomi Mi 9” və naqil olmadan 20 W gücündə sürətli batereya cihazı istifadəçilərə təqdim edildi. “Xiaomi”nin baş icraçı direktoru Lei Jun bu xüsusiyyət haqqında danışarkən yeni texnologiyanın istifadəçilərə hansı qiymətə təklif olunacağından da danışıb.

Lei Jun “Xiaomi MiX 2S”in ilk dəfə 7.5 W-luq xüsusiyyətə malik olduğunu xatırladaraq, vaxt keçdikcə “Xiaomi Mi 9” modellərində bu sürətin 20 W-a qədər artdığını vurğulayıb.

Naqil olmadan cihazları batereya ilə təmin edən modellər ilk təqdim olunduğu vaxtlar çox da məşhur olmadığını bildirən Lei Jun bunun səbəblərini də izah edib :
“Əvvəlki naqilsiz batereya cihazları çox bahalıdır və effektli nəticəni vermirlər. Əgər sözü gedən cihazlar 45-75 dollara təklif olunurdusa artıq şirkətlər arası gedən rəqabət qiyməti 15 dollara qədər endirib”

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır