Game of Thrones-in bölümlərinin qaranlıq olmasının səbəbləri açıqlanıb

  • 29 Aprel 2019

Chip.az xəbər verir ki, bu vəziyyətə istehsalçıların yetərli şəkildə izahı var.

8-ci mövsüm “Winterfell Savaşı” adlansa da  bu bölüm “Uzun gecə” kimi də ifadə olunur. “Winterfell” tam bir xəyalət dünyası da deyil və çox qaranlıq bir yerdir. Seriyalın həm məcazi həm də real görüntüləri çox qaranlıq formatda çəkilib. Ötən mövsümdə insanlar filmdə nə baş verdiyini görmək üçün ekran parlaqlığını maksimum dərəcədə artırırdılar.

Embedded video

Görüntülərin bu qədər qaranlıq olmasının səbəbi barədə açıqlama filmin istehsal qrupundan gəldi. Serialın əsas sinematoqrafı Robert McLachlan bu barədə danışıb:

“Serialda qış mövsümü gəldiyi üçün və çəkilişlər də qış ayında edildiyi üçün filmdə təbii işıq effektindən istifadə edilib. Bu mümkün qədər etibarlı və təbii mühit yaratmaq məqsədi daşıyır”

O dövrdə işıqları təbii qaynaqlardan əldə etdiklərini, gündüz heç bir şamdan istifadə olunmadığını və təbii işıq qaynaqlarının məhdud olduğunu əlavə edib. Bu səbəbdən səhnələr qaranlıq olur.

Ancaq müəyyən qədər işıq effektindən istifadə etmək aktyor və ya  tamaşaçı üçün problem yaratmazdı.  Ancaq çəkilişlərin bitdiyini nəzərə alsaq, ekranın parlaqlığını maksimum artırmaqdan başqa çarə qalmır.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır