Tesla Roadster-in yük salonu ilk dəfə nümayiş etdirildi

  • 29 Aprel 2019

Chip.az xəbər verir ki, o vaxtdan bəri şirkət vasitənin yalnız uzaqdan görünməsinə icazə versə də “Investor Autonomous Day”münasibət ilə avtomobilin qapılarının açılmasına şərait yaradıb.

Nəqliyyat vastəsinin arxa yük yeri standart avtomobillərdəkindən daha genişdir. Bir neçə normal ölçülü çamadanın kifayət qədər yerləşə biləcəyi yer var. Tesla ilk prototipini buraxdıqdan sonra Elon Musk, vasitənin 0-dan 100-ə 1,9 saniyədə çatacağını, 1000km-ə yaxın məsafə qət edəcəyini və tamamilə elektrik enerjisi ilə işləyəcəyini bildirmişdi. Bütün bunlarla yanaşı avtomobilin 4 nəfərlik olmas əlavə olaraq yük saxlama hissəsinə malik olması modelə qarşı xüsusi maraq yaradır. Eyni zamanda arxa oturacaqları qatlayaraq yük saxlama sahəsini genişləndirmək də mümkündür.

Vasitənin önündə digər Tesla modelləri kimi yük saxlama yerinin olub-olmaması məlum deyil. Tesla, 2020-ci ildə yeni bir vasitə təqdim etməyi hədəfləyir. Elon Musk benzinlə işləyən avtomobillərin daha yaxşı olduğuna inanan avtomobil bazarına elektrik enerjisi ilə çalışan vasitəni tətbiq edərək bu inancları sarsıtmağı planlaşdırır.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır