İnformatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

  • 29 Aprel 2019

Chip.az  xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə olimpiadanın birinci mərhələsi bu gün Bakı Mühəndislik Universitetində keçirilib.

Respublika üzrə 24 ali təhsil müəssisəsindən 69 komanda Olimpiadada iştirak hüququ qazanıb. Paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən, Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt və Lənkəran Dövlət universitetlərinin, eləcə də, Azərbaycan Texnologiya Universitetinin tələbələri bu il Olimpiadada fəallığı ilə seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır