Xiomi Mi 9 modelinə yeni xüsusiyyət əlavə edilə bilər

  • 29 Aprel 2019

Chip.az xəbər verir ki, “Xiaomi”ni baş icraçı direktoru  Lei Jun “Mi 9”a tətbiq olunacaq yeni özəllik haqqında danışıb. Lei Jun istifadəçilərin barmaq izindən istifadə etdiyi zaman digərlərinin də bunu görərək artıq simvolun nədən ibarət olduğunu anlaya bildiklərini qeyd edərək simvolun gizli olmasının sual altında qaldığını bildirib.

Ekranda hər hansı bir simvolun olmaması OLED ekranların qara görüntüsünü pozmadığı kimi batareya üçün də müsbət hesab olunur. “Xiaomi” belə bir xüsusiyyəti öncədən  düşünməsə də şirkətin proqram təminatı nümayəndəsi  Zhang Guoquan “Mi9”u inkişaf etdirmək üçün çalışarkən bu fikirin meydana gəldiyini bildirib. Lei Jun "Bu cür xüsusiyyətlər asanlıqla ağıla gəlmir ancaq onlar “MIUI”nin orijinal planına sadiq qalırlar: ”istifadəçilərə seçim etmək şansı verməklə” “  deyə əlavə edib.

Şirkət yeniliyin təqdim olunacağı tarixi hələki açıqlamasa da xüsusiyyət üzərində işlərin hazırda davam etdirildiyi bildirilir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır