Dünyada ilk qatlana bilən smartfonun bütün modelləri satıldı

  • 29 Aprel 2019

Chip.az  xəbər verir ki, ilk qatlana bilən  smartfonun “Samsung”un Galaxy Fold” olduğu düşünülürdü. Çünki ən çox onun ətrafında müzakirələr aparılmışdı.  Ancaq “Samsung”dan bir neçə ay əvvəl “Royole” oktyabr ayında "Flexpai"nin qatlana bilən smartfonunu işə saldı və bu cihazları artıq dekabr ayından sifariş etmək mümkün idi.

Bu gün rəsmi olaraq “Royole Flexpai”nin ilk partiyası çox qısa bir müddətdə satılıb. Çində 2012-ci ildə qurulan və çevik ekranlar istehsalçısı “Royole” 9 mayda səhmlərini yeniləyəcəklərini açıqlayıb.

İstifadəçilərin qarşısına "6 GB + 128 GB", "8 GB + 256 GB" və "8 GB + 512 GB" olaraq 3 modeldə təqdim edilən  “Royole Flexpai”  müvafiq olaraq 1,337 $, 1,486 $ və 1,932 $-a satılıb. 7.6 mm qalınlığında olan, qatlana bilən AMOLED ekrana sahib telefon batareyanın 80% -ni 1 saatda  yükləyə biləcək texnologiyaya malikdir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır