Google telefonlara sahibi ilə danışmaq xüsusiyyəti gətirəcək

  • 29 Aprel 2019

Chip.az xəbər verir ki, “Google IO”nun  siyahısında “Project Euphoria” layihəsinin adı hallanır. Məlumata görə sözü gedən layihə “Google” texnologiya məhsulu olan “Android Q” ilə təqdim olunacaq. Belə ki, yeni özəllik telefonlara sahibi ilə danışmaq xüsusiyyətini gətirəcək.

google io ile ilgili görsel sonucu

Şirkət ötən il keçirilən “Google IO” konfransında  səs sintez texnologiyasını təqdim etmişdi.  Bununla da “Google Now” platformasına yeni səsləin necə əlavə edilməsini göstərmişdi.

“Google” tərəfindən elan edilən bu yeni texnologiya bir proqram və ya Androidə gələcək yeni xüsusiyyət olmaqdan başqa xüsusi bir cihaz da ola bilər.

Bu və digər bir çox proqramın, texnologiyanın, tətbiq və özəlliklərin təqdim olunacağı “Google IO” təqdimat mərasimi  7-9 may tarixləri arasında keçiriləcək.

Aida İSAQ

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır