Full HD ekranlı Vivo smartfonu hazırlanır

  • 27 Aprel 2019
  • 65

Chip.az xəbər verir ki, 6,26 düym diaqonallı və 2280 × 1080 piksel təsvir ölçülü Full HD formatlı ekranın tətbiq edildiyi qurğunun qabaritləri 154,81 × 75,03 × 7,89, çəkisi isə 150 qram təşkil edir. Yeni modeldə adı açıqlanmayan 1,95 QHs takt tezlikli səkkiznüvəli prosessordan istifadə edilib. Alıcılara 4 və 6 giqabayt operativ yaddaş versiyaları arasında seçim imkanı təklif olunacaq.

Ön kamera 16 meqapikselli şəkillər çəkir. Əsas kamera isə 13 və 2 milyon pikselli irəli çəkilmiş sensor blok şəklində hazırlanıb. Arxada barmaq izi skaneri quraşdırılıb.

Quraşdırılmış yaddaşın tutumu 64 giqabayta bərabərdir. Əlavə olaraq "microSD" kartını quraşdırmaq mümkündür. Akkumulyator batareyasının tutumu 3180 milliamper/saat təşkil edir.

Hazırda smartfonun hansı adla kommersiya bazarına çıxarılacağı məlum olmasa da, onun "FunTouch OS UI" interfeysli "Android 9 Pie" əməliyyat sistemi ilə tədarük ediləcəyi bildirilir.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mobil rabitə

Dünyanı Azercell ilə səyahət et

Azercell abunəçilərinin istifadəsinə yeni Aylıq Rominq İnternet Paketini təqdim edir.

Chip.az xəbər verir ki, rominq zamanı internet xidmət

Azercell möhtəşəm rəqəmsal şou təqdim edir

Azərbaycanın telekommunikasiya sektorunun lideri və mobil rabitə istifadəçilərinin əsas seçimi olan Azercell fəaliyyətinin yeni rəqəmsal dövrünə başlayır.

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən

Fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan ölkənin telekommunikasiya sahəsinin lideri Azercell abunəçilərini ən sərfəli kampaniyaları ilə sevindirməyə davam edir.

Nar tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir

“Nar” tələbələrin öz ixtisasları üzrə uğurlu karyera qurmalarına və peşəkar inkişafına kömək etmək məqsədilə növbəti karyera sərgisində iştirak edib. 

Bakcell-in Ulduzum proqramının partnyor sayı 300-ü keçib

Bakcell şirkətinin “Ulduzum” loyallıq proqramı çərçivəsində abunəçilərə endirim və əlavə fürsətlər təqdim edən partnyorların sayı 300-ü keçib.