Google 46 tətbiqi Play Store-dən sildi

  • 27 Aprel 2019
  • 82

Chip.az xəbər verir ki, şirkət “DO Global”a məxsus  46 tətbiqi “Play Store”dən silib.

Qeyd edək ki, “DO Global” Baidu şirkətinə məxsusdur. “Google”nin “DO GlobaL”ı cəzalandırmasının səbəbi reklam zamanı qayda pozuntularına yol verməsidir. Bu mövzuda çox radikal mövqeyə sahib olan “Google” bununla bağlı heç bir şərh verilməyəcəyini qeyd edib.

Hal-hazırda “Play Store”dən təkcə “DO Global”a məxsus 46 tətbiq çıxarılsa da yaxın zamanlarda daha çox tətbiqetmələrin silinməsi gözlənilir. Mövzuyla əlaqədar açıqlama verən şirkət hər hansısa uyğun olmayan kiçik detal aşkarlandıqda proqramın bütün incəliklərini araşdırdıqlarını bildirib.

“Google”nin bu istiqamətdə həyata keçirdiyi  sanksiyalar təqdirə layiqdir və zərərli proqramların sayının azaldılması düzgün tətbiqetmələrdən istifadəni asanlaşdırır. Gələcəkdə daha hansı tətbiqlərin yararsız olduğunu öyrənmək istəyirsizsə xəbərlərimizi izləməkdə davam edin.

 Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Texnologiya

Kiçik ölçüdə Günəş istehsal edildi

ABŞ-da yerləşən Viskonsin-Medison Universitetindən tədqiqatçıları Günəş küləklərini araşdırmaq və Günəşin quruluş

Şəxsiyyət vəsiqələrində barmaq izi də yer alacaq

Belçikada şəxsiyyət vəsiqələrində barmaq iziniyer aldığı hissə olacaq. Belə ki, Belçikada 2020-ci ildən etibarən şəxsiyyət vəsiqələrində barmaq izin

QR kodla sifariş verirsiniz, servis robotlarla həyata keçirilir

Cənubi Koreyada fəaliyyət göstərən bir restoran sifarişləri QR kodla qəbul edir. Yemək servisini isə robotlar həyata keçir

Oppo-nın ilk qatlana bilən ekranlı ağıllı saat konseptini təqdim edirik

Ağıllı saat bazarında uzun müddətdir ki, hakimiyyəti əlində saxlayan Apple və ən böyük rəqibi Samsung, yeni bir rəqiblə mübarizə aparacaq. 

Yaponiyada uçan avtomobil test edilib

Hazırki texnologiyada uçan nəqliyyat vasitələri artıq təxəyyül deyil. İlk cəhdini keçən həftə müvəffəqiyyətlə həyata keçirən NEC şirkətinin uçan aparatı yerdən