Huawei-nin 5G Texnologiyası sənayedə 10 qat məhsuldarlığı artırır

  • 27 Aprel 2019

Chip.az xəbər verir ki, Zhijunun sözlərinə görə 5Gtexnologiyası səhiyyə və ağıllı sənaye istehsalının məhsuldarlığını 10 dəfə artıracaq. Vitse-prezident 5G texnologiyasını anlamıram deyə yumoristik açıqlama da verib:

“Bir müddət əvvəl  Şanxayda təşkil edilən “Auto Show” sərgisinə qatıldım. Burada insanların 5G texnologiyası  haqqında müzakirələr etməsinin şahidi oldum. Biz artıq 10 ildir 5G texnologiyası ilə məşğuluq. Amma  5G-nin nə olduğunu hələ də başa düşmürəm”

Bundan başqa “Huawei”nin 5G texnologiyası eyni zamanda NSA / SA şəbəkə rejimini dəstəkləyə bilər. Bu şəbəkə rejimlərinin əhəmiyyətini izah edərkən Xu Zhijun “Sənayenin rəqəmsallaşdırılması  5G SA rejiminin inkişafını tələb edir”-deyə  bildirmişdi.  Zhijun  yüksək sürətə  nail olmaq(10 Gbps), gecikməni(1 milisaniyədə) minimuma endirmək üçün SA şəbəkə rejiminin vacib olduğunu da əlavə edib.

Qeyd edək ki, bu il keçirilən Mobil World konfransında Çin Telekom və Huawei ortaq olaraq  sənayenin rəqəmsallaşdırılmasını həyata keçirmək üçün BJIC  mərkəzini yaratmışdılar.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır