Teslanın pilotsuz avtomobili bir ailənin həyatını xilas etdi(Video)

  • 26 Aprel 2019

Əlbəttə ki, bütün texnoloji cihazlar kimi Tesla avtomobilləri də mükəmməl deyildi.  Lakin hər dəfə qüsur axtarçağa çalışdığımız texnologiyalar bəzən həyatınızı xilas edə bilər.

Chip.az xəbər verir ki, Raghu Konka adlı şəxs “Twitter”  vasitəsilə paylaşdığı videoda “Tesla Model 3”ün onun həyatını xilas etdiyini qeyd edib. Konkanın sözlərinə görə yan zolaqla hərəkət edən avtomobil anidən onun hərəkət etdiyi istiqamətə keçmək istəyib Bunu başa düşən pilotsuz “Tesla” modeli dərhal sol istiqamətə çevrilərək Konkanın və ailəsinin həyatını xilas edib.

Toqquşma proseslərində müdafiə sistemi  “Tesla” avtomobillərinə xas xüsusiyyət olmasa da,  model digər maşınlardan fərqli manevrlər də edə bilirlər. Linkə daxil olaraq nəqliyyat vasitəsinin yük maşınının üzərinə gəldiyini anladıqda yolu dəyişdiyini və qəzadan xilas olduğunu görə bilərsiniz.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır