Lazer ilə ultra yüksək sürətli Wi-Fi texnologiyası hazırlanır

  • 26 Aprel 2019
  • 57

Harvardda yerləşən Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin tədqiqatçıları lazeri radio-kommunikasiya vasitəsi kimi istifadə etmənin yolunu tapdılar.

Chip.az xəbər verir ki, Milli Elmlər Akademiyasının  nəşr etdiyi “Radio frequency transmitter based on a laser frequency comb” adlı məqalədə mühəndislərin mikrodalğalı  cihazlara kabel olmadan radio dalğaları ötürə biləcəkləri məlumatı yer alıb.

Baş tədqiqatçı Federico Capasso bu araşdırmanın yeni elektron-fotonik hibrid cihazların və ultra yüksək sürətli “Wi-Fi”nin inkişafı üçün bir qapı açdığını bildirib. Bu kəşf 2017-ci ildə Capassonun laboratoriyasında apardığı araşdırmadan qaynaqlanır. İnfraqırmızı tezliklərin məlumatları bir kvant lazer işarəsi ilə kabelsiz bağlantı ilə göndərilənlərdən yüz dəfələrlə  daha sürətli məlumat ötürəcəyi məlum oldu.

2018-ci ildə yayılan məlumatlarda bu üsuldan gizli informasiyaların göndərilməsi və alınması üçün istifadə ediləcəyi bildirilirdi. Harvarddan verilən açıqlamaya görə, tədqiqatçılar bu məlumatları yaratmaq və göndərmək üçün nəzərdə tutulan bir sistem inkişaf etdirməyə müvəffəq olublar.

Sadə şəkildə izah etsək lazer konfiqurasiyalarına uyğun olaraq hazırlanan antenalar informasiyanı  hər tərəfə ötürə bilir. Məlumatları alan digər antena isə onu kompüterin qəbul edə biləcəyi şəkildə kodlaşdırır.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Günəş panelindən telefonunuzda yararlanacaq!

Xarici məkanlarda enerji probleminə həll olaraq incə və yüngül portativ günəş panelləri alternativ daşına bilən enerji cihazı olaraq bazarda yerini alacaq. Ağıllı dizaynıyl

Hesab.az sosial layihələrə dəstək olur

GoldenPay şirkəti- Hesab.az olayn ödəmə portalı hər zaman sosial məsuliyyətli və xeyriyyə məqsədli layihələrə dəstək olur, mümkün reklam kanalları vasitəsi ilə işıq

İnsanların taxa biləcəyi quyruq robotlar hazırlandı

Yaponiyada insanların geyinməsi üçün robot quyruqlar yaradılıb.
Geyilə bilən texnologiyanı ümumiyyətlə başa düşmək asandır. Bu texnologiya isə insanları düşünd

Kosmos təcrübələrinə qatılan insanın boyu 5 gündə 3 santimetr uzandı

Kosmosdakı vəzifələrinə gedən kosmonavtların və astronavtların  qarşılaşacaqları çətinlikləri həll etmək üçün Yerdə müxtəlif təcrübələr aparılır. Bu təcrüb

Kompüter asılılığının nəticələri -ARAŞDIRMA

İstanbulda 395 orta məktəb şagirdləri ilə görüş keçirilib. 218 qız, 177  oğlan olmaqla V sinifdən 187, VIII sinifdən 208 məktəblinin iştirak etdiyi tədqiqatda, kompüte