Fikri səsə çevirən implant yaradılıb

  • 26 Aprel 2019
  • 43

Chip.az xəbər verir ki, texnologiya əsasında neyron nitq protezlərinin yaradılması planlaşdırılır. Perspektivdə bunun insult, kəllə-beyin travması və Parkinson xəstəliyi, dağınıq skleroz və yan amiotrofik skleroz kimi müxtəlif neyrodegenerativ xəstəliklərdən əziyyət çəkən insanlara normal ünsiyyət qurmağa kömək edəcəyi gözlənilir.

Nevroloji cərrahiyyə professoru Edvard Çanq bildirib: "Tarixdə ilk dəfə biz insan beyninin aktivliyi əsasında bütöv şifahi cümlələri generasiya edə bilirik. Bu onu sübut edir ki, artıq mövcud texnologiya vasitəsilə danışıq qabiliyyətini itirən xəstələr üçün kliniki baxımdan işlək qurğu yaratmaq mümkündür".

Məlumata görə, implant xəstənin beyninə yerləşdirildikdən və siqnalları skan etdikdən sonra alınan informasiyanı dekodlaşdırır və onu sintezlənmiş nitqi generasiya edən digər cihaza ötürür.

E.Çanqın sözlərinə görə, səsin anatomiya ilə dəqiq müqayisəsi alimlərə hər xəstə üçün realistik virtual səs yaratmağa imkan verir. Bunun üçün onlar tərəfindən iki kompüter təlimi alqoritmi tətbiq olunub. Onların biri danışıq zamanı yaranan beyin aktivliyinin siqnallarını virtual səs traktı hərəkətlərinə çevirən dekodlaşdırma üçün istifadə edilir. Digər alqoritm isə əldə olunan səs traktı hərəkətlərini xəstənin sintetik səsinə çevirən sintezator tərəfindən tətbiq olunur.

Texnologiyanın tibdə kütləvi tətbiqinə nə vaxt başlanacağı barədə məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Azərbaycan startapı beynəlxalq müsabiqənin qaliblərindən oldu

Türkiyənin ən önəmli biznes və iqtisadi tədbirlərindən olan Uludağ İqtisadi Zirvəsi 2012-ci ildən təşkil olunur. Tədbirdə hər il Türkiyə və dünyanın müxtəlif ölkələrin

Qulaqcıq sağlamlıq üçün TƏHLÜKƏDİR

Chip.az xəbər verir ki, ÜST-nin məlumatına görə, qulaqcıqlar yüksək səsli musiqilərə qulaq asan insanlar sağlamlığını məhv edir.

insanlar özləri hiss etməsə də, m

NASA yeni sistem SLS haqqında informasiya yayımladı

Həmçinin Chip.az bildirir ki, Kosmos Agentliyi 2020-ci ildə ilk kəşf missiyasını həyata keçirəcək Exploration Mission-1 (EM-1) istiqamətində irəlil

Huawei telefonlarında Android və Googledən istifadə məhdudlaşdırılır

Chip.az xəbər verir ki, bu səbəbdən yeni “Huawei” telefonları tam quraşdırılmış “Android versiyalarını”, “Google”  proqramları və xidmə

10 giqabayt operativ yaddaşlı ilk smartfon satışa çıxarılıb

“Black Shark Helo” adlı model daha güclü proqram təminatı, yeni soyutma sistemi, loqotip və rəngli işıqlandırmaya malik yan tərəf zolaqları ilə təchiz edilib. İşıq ef