Chip.az xəbər verir ki, filmin baş rolunu “Black Panther”-dən tanınan Chadwick Boseman canlandırıb.

Filmi “Game of Thrones” serialının məşhur simalarından biri olan Brian Kirk ərsəyə gətirib. Mövzu polis bölməsində işləyən ancaq gözdən düşən dedektivin öz nüfuzunu bərpa etməsindən bəhs edir. Elə bu vaxt şəhərdə başqa bir polis öldürülmüşdü və qatili axtarılırdı. Baş rol aktyoru Boseman həmkarının uğradığı cinayəti araşdırarkən sui-qəsd olduğunu müəyyən edir. Beləliklə cinayətkarın qaçmasının qarşısını almaq üçün Manhettindəki 21 körpünün hamısı bağlanır.
“Bridges 21”in prodüsseri Joe Russo sözü gedən filmin maraqlı hadisələrdən ibarət olduğunu bildirib. Chadwick Boseman isə filmin onu keçmişə apadığını və onun üçün xüsusi bir yeri olduğunu vurğulayıb.
12 iyulda təqdim olunacaq filmin fraqmentlərini aşağıdakı videodan izləyə bilərsiniz:
Aida İSAQ