Huawei Y5-in dəri təbəqə ilə dizayn edilmiş modeli təqdim edilib

  • 26 Aprel 2019

Chip.az xəbər verir ki, Huawei şirkəti bu il əvvəlində təqdim etdiyi “Y6 Pro” modelinin daha kompakt və əlverişli bir versiyası olan “Huawei Y5 (2019)”u istifadəyə verdi. Daha kiçik ekran, aşağı RAM qabiliyyəti və nisbətən zəif ön kamerasının olması xaricində cihaz demək olar ki daha öncəki modelin dəri-metal dizaynında hazırlanan formasıdır.

Huawei Y6 Pro yan hissələrin metal arxa tərəfin isə dəri təbəqə ilə örtülməsi maraqla qarşılanıb. Şirkət məhsulun ölçüsünü müəyyən qədər kiçiltməsinə baxmayaraq “Huawei Y5 (2019)” modelində də eyni dizayn konsepsiyasını qoruyub saxlamışdır. Sektorun ən orijinal smartfonlarından biri olan “Huawei Y5” “MediaTek Helio A22” ilə təchiz edilmişdir.

“Huawei Y5 (2019)” modelinin xüsusiyyətləri

MediaTek Helio A22
2GB RAM, 16GB / 32GB yaddaş saxlama
5.71 düym (1520 x 720 piksel) HD + ekran
13 MP arxa kamera
5 MP ön kamera
Android 9.0 Pie əməliyyat sistemi
3000 mAh batareya

Məhsulun qara, qəhvəyi və mavi rəng modelləri təqdim olunacaq. Sözü gedən cihazın nə vaxt satışa çıxarılacağı və qiymətləri haqqında hələki açıqlama verilməyib.


Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır