Azərbaycan şirkətləri Çində 821 milyon dollarlıq müqavilə imzalayıblar

  • 26 Aprel 2019

Chip.az AZƏRTAC-a istinadən xəbər verir ki, imzalanma mərasimində çıxış edən iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətlərinin iki ölkə arasında əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvə olduğunu deyib.

Azərbaycanın Çinin "Bir kəmər, bir yol" təşəbbüsünə dəstək göstərən ilk ölkələrdən biri olduğunu diqqətə çatdıran nazir bildirib ki, bu günlərdə Pekində keçiriləcək 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumunda Prezident İlham Əliyevin iştirakı Azərbaycanın bu təşəbbüsə verdiyi əhəmiyyətin və göstərdiyi dəstəyin bariz nümunəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır