Prezident İlham Əliyev Huawei şirkətinin sədri ilə görüşüb

  • 26 Aprel 2019
  • 39

Chip.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Huawei” şirkətinin sədri Lian Xua artıq 15 ildən çoxdur Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini bildirdi və onlara yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür etdi.

Prezident İlham Əliyev “Huawei” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdi, bu şirkətin informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biri olduğunu qeyd etdi. Həmçinin 2015-ci ildə Çinə dövlət səfəri zamanı “Huawei” şirkətinin fəaliyyəti ilə yaxından tanış olduğunu bildirdi. Azərbaycan ilə “Huawei” arasında əməkdaşlıq baxımından böyük perspektivlərin olduğunu deyən dövlətimizin başçısı bu şirkətin “Bakutel” sərgisində ənənəvi iştirakından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev İKT sahəsində ölkəmizdə həyata keçirilən islahatlardan danışdı, bu sahədə “Huawei” ilə əməkdaşlığın perspektivli olduğunu bildirdi.

Söhbət zamanı İKT infrastrukturu, ağıllı kənd təsərrüfatı, ağıllı şəhər və ağıllı ev, rəqəmsal iqtisadiyyat, rəqəmsal təhsil və digər sahələrdə reallaşdırıla biləcək layihələrlə bağlı fikir mübadiləsi aparıldı.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oyun və film

Üzüklərin Əfəndisi filminin oyunu hazırlanır

Leyou ortaqlığı ilə yeni bir Üzüklərin Əfəndisi oynunu hazırladığını bildirən Amazon Game Studios, Tolkien fanatlarını daha əvvəl heç görmədikləri torpaqlarla, insan

Netflix-in The Haunting of Bly Manor serialı ilə izləyicilər qorxudan yata bilməyəcək

Hill Haunting of Hill House 2018-ci ildə Netflix-in ən böyük hitlərindən birinə çevrildi. Dünyanın ən böyük izləyici platformasından serialı izl

Sega Mega Drive Mini 2019da bazara təqdim ediləcək

Klassik Mega Drive miniatür versiyası olan konsolla bağlı qərar, Sega-nın rəsmi Twitter hesabı vasitəsilə bölüşdürülüb.

Sega-nın orijinal planı, Mega Drive Mininin

Will Smithin yer aldığı Gemini Man filminin fraqmenti yayımlandı

Chip.az xəbər verir ki, filmdə məşhur aktyor Will Smithin canlandırdığı bu obraz özündən 25 yaş kiçik oxşarı ilə üz-üzə gəlir. Brogindən fiziki cəhətdən

Sekiro:Shadow Die Twice oyunu 24 saat ərzində ən çox oynanılan oyunlar siyahısında 4-cü oldu

Chip.az bildirir ki, Sekiro:Shadow Die Twice dünən (22 mart) rəsmən istifadəyə verilən oyun oyunçu sayına əsasən Rainbow: Altı Siege-u keçərək art